Ermənilər aprel uğursuzluğunun səbəbkarı axtarışına çıxıblar. Nə qədər qəribə olsa da, bu dəfə işğalçı ölkə və onun vətəndaşları bu uğursuzluqda öz ağaları olan Rusiyanı günahkar bilirlər. Hər halda hərbi əməliyyatlardan dərhal sonra Almaniyaya gedən işğalçı ölkə prezidenti Serj Sərkisyanın kansler Angela Merkelə Rusiyadan şikaət etməsi, İrəvanda Rusiya əleyhinə keçirilən aksiyalar belə deməyə əsas verir. Bu günlərdə isə işğalçı ölkənin vətəndaşları imzatoplama kampaniyasına start veriblər. Belə ki, ermənilər Kreml rəhbəri Vladimir Putinə müraciət edərək ondan Moskvanın Bakıya silah satışına qadağa qoyulmasını xahiş etməyi düşünürlər. Bəs görəsən ermənilərin bu məkrli planı, cəhdləri baş tutacaqmı?
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsəlılər üzrə katibi Elşən Mustafayev deyir ki, son hadisələrdən sonra Ermənistanda planlı şəkildə bir neçə istiqamət üzrə Rusiyaya qarşı kampaniya ararılmasına cəhdlərin şahidiyik: "Bunlardan biri də məhz Azərbaycana satılan silahlarla bağlı Rusiyaya edilən etirazlardır. Bunu ilk dəfə çəkinə-çəkinə Serj Sərkisyan söyləmişdi və sonradan digər siyasətçilər, insanlar bu barədə fikirlərini bildirməyə başladılar”. Elşən Mustafayev hesab edir ki, bunun əsas səbəb də Ermənistan əhalisi arasında günü-gündən artan panikadır: "Mən əminəm ki, erməni xalqının bu günlərə qədər nə Azərbaycanın hərbi büdcəsindən, nə də ki, aldığı müasir silahlardan xəbəri yox idi. Daha doğrusu ölkə rəhbərliyi, ölkənin mətbuatı bu barədə geniş məlumat yaymırdı. Amma indi son hadisələrdən dolayı xalq artıq bu barədə məlumatlıdır. Artıq Ermənistan vətəndaşlarının öz övladlarının Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda nəinki döyüşməsinə, ümumiyyətlə hərbi xidmət keçməsinə qarşı kütləvi narazılıqları məhz qorxudan yaranan panika ilə əlaqədardır. Ermənistan rəhbərliyinin birbaşa tapşırığı ilə Rusiyanın Azərbaycana silah satmaması üçün imzatoplama kampaniyasına başlaması da insanlardan qorxunu götürməyə hesablanmış aksiyadır. Amma hamı bilir ki, bu boş və nəticəsiz aksiyadır. Rusiya rəsmiləri Bakıda olarkən kifayət qədər açıq və net cavab verdilər. Bildirildi ki, Rusiya dünyaya silah ixrac edən bir ölkədir və dövlət büdcəsinin bir hissəsi də bu ticarətdən formalaşır. Əgər Rusiya bundan imtina etsə Azərbaycana digər dövlətlər məmuniyyətlə silah satmağa başlayacaq və hətta ola bilsin ki, Rusiya satdığından daha müasir, effektli və iki dövlət arasında balansı daha da artıracaq sayda silahlar satsınlar. Bu dediklərim ona əsas verir ki, ermənilərin bu kampaniyası boş və əhəmiyyətsiz bir aksiyadır”. AMİP rəsmisinin sözlərinə görə, Azərbaycanın əsas silah arsenalı rus silahı olsa da, beynəlxalq qanunlar çərçivəsində digər dövlətlərdən də silahlar və yüksək hərbi texnologiyalar alırıq və bu gün də proses davam edir”.
Siyasi ekspert Arzu Nağıyev hesab edir ki, bütün bu kampaniyalar, hay- küylər ermənilərin cəbhədə məğlubiyyətini ört-basdır etmək, Sərkisyan iqtidarının hakimiyyətdə qalması üçün aparılan siyasətdir: "Çünkii məğlubiyyəti kiminsə ayağına yazmaq lazımdır. Bir tərəfdən Rusiyanı, digər tərəfdən İsraili Azərbaycana silah satmaqda suçlayırlar. Erməni tərəfi boynuna almaq istəmədiyi məğlubiyyəti artıq etiraf edir. Bunlar elə düşünürdülər ki, sovet dönəmindən qalan silahlarla silahlansalar nəsə edə bilərlər. Fakt odur ki, süni yaradılan ”erməni mifi" güc gələ bilmədi və təbii ki, bu mif sındı”. Arzu Nağıyev bildirib ki, ermənilər Rusiyadan özləri üçün aldıqları silahdan, daha dogrusu P-17 (Scud-B) raketlərindən danışmırlar: "Çünki bizdə onların qarşısını alan sistemlərin mövcudluğundan xəbərdardırlar. Yəni ermənilərin əsas məqsədi belə bəyanatlarla, Azərbaycanla texnoloji fərqi azaltmağın bir yolunu tapmaqdır. Təbii ki, Rusiyanın baş nazirinin müavini Roqozin Bakıda olanda Azərbaycanla bundan sonra da əməkdaşlıq edəcəyini bəyan etdi və bu istiqamətdə bizim mühüm müqavilələrimiz olduğunu da bildirdi. Bir sözlə ermənilərin bu cəhdi baş tutmayacaq”.
Millət vəkili Sahib Alıyev deyib ki, ermənilərin Rusiyanı Azərbaycana silah satmamağa çağırmaq kampaniyasının arxasında təkcə İrəvəndakı hərbi xuntanın durmadığı hiss olunur. Onun sözlərinə görə, Rusiyadakı bəlli strukturlara bağlı ermənilərin də kampaniyaya qoşulmaları gösətərir ki, elələri də var silah satdıqlarına görə bizə minnət qoymaq istəyirlər: "Amma bu silahlar Azərbaycana ermənilərə olduğu kimi bağışlanmayıb və yaxud da su qiymətinə verilməyib. Necə deyərlər pulumuzu ödəyib almışıq, Rusiya silah satmayacaq, indi bunu edənbaşqaları var onlardan alacağıq”. Sahib Alıyev hesab edir ki, bu məkrli kampaniyanın arxasında başqa bir niyyət də durur: "Dörd günlük döyüşlərdəki qələbəni Rusiya silahının adına yazmaq. Yox və yox! Bu qələbə bizim Şəhidlərin qanı, hərbiçilərimizin şücaəti və peşəkarlığı sayəsində əldə olunub. Və bu savaşda düşməni maymaq vəziyyətinə salan, başına göydən od yağdıran, hər bir hərəkətini təsbit və onun cəbhənin dərinliyindəki komanda qərargahının silinib-süpürülməsini təmin edən daha çox Azərbaycan və İsrail istehsalı olan hərbi texnika idi”.