BMT-in baş katibi Pan Gi Mun aprelin sonunda Azərbaycana gələcək.
Onun Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal
Forumunda iştirak etməsi planlaşdırılır.
Bu haqda Jurnalistlərə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib.
Report-un xəbərinə görə, BMT baş katibinin proqramı yaxın 10 gündə Bakıya gələcək xüsusi nümayəndə heyəti ilə dəqiqləşdiriləcək.
Ə.Qarayev Pan Gi Munun Azərbaycana gəlişinin ölkənin xarici siyasəti üçün əlamətdar hadisə olduğunu deyib.