"Mayın 22-də Aİ-Azərbaycan-Ermənistan liderləri arasında Brüsseldə keçirilən üçtərəfli görüş ilk praktiki nəticəsini verdi".
Bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib.
"Bu gün Azərbaycan və Ermənistan tərəfindən qarşılıqlı olaraq dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının tərkibi rəsmən müəyyən edildi.
Ümid edirəm ki, Azərbaycanın qətiyyətli və prinsipal mövqeyini bilən Ermənistan götürdüyü bütün öhdəlikləri yerinə yetirmək üçün real addımlar atacaq və normallaşma prosesini süni şəkildə uzatmaqdan çəkinəcək" - deyə, o qeyd edib.
Millət