Milli məclisə 5-ci çağırış seçkiləri 2015-ci ilin noyabr ayında keçiriləcək. Seçkilərin keçirilməsinə 6 aydan az vaxt qalmasına baxmayaraq, bir sıra partiyalar artıq hazırlıq işlərinə başlayıblar. Bir çox siyasi təşkilatların iştirakda maraqlı olmasını nəzərə alaraq, 125 deputat postu uğrunda qızğın mübarizə gedəcəyi bildirilir. Məsələ ilə əlaqədar bir sıra partiyalarla əlaqə saxladıq.
Əli Orucov (AMİP Siyasi Şurasının üzvü): ”AMİP seçkilərdə aktiv iştirak etmək niyyətindədir. Artıq bununla bağlı partiyanın Mərkəzi Şurasının qərarı da var. Seçkilərə hazırlığı sürətləndirmək üçün belə qərara gəlinib ki, seçki öncəsi partiyanın növbəti qurultayı çağrılsın. Bu seçkilər müxalifət üçün önəmli olacaq. Hətta bu, müxalifət partiyalarının ayaqda qalmaları üçün son şansdır”. Əli Orucov AMİP-in seçkilərdə əsasən, müstəqil formada iştirak etməyə üstünlük verəcəyini deyib: "Amma situasiyaya uyğun olaraq, həmin dövrün tələblərinə və sifarişinə uyğun başqa variantlar da nəzərdən keçirilə bilər”.
Həsən Kərimov (AXCP Ali Məclisinin sədri): "Hələ məsələ barədə partiyanın birmənalı qərarı qəbul edilməyib. Müzakirələr gedir. Partiyanın parlament seçkilərində iştirak edib-etməyəcəyinə yaxın günlərdə aydınlıq gətiriləcək”.
Elçin Mirzəbəyli (BAXCP sədrinin müavini): "BAXCP bütün seçkilərdə iştirak etməyi məqbul hesab edir. Lakin yekun qərar partiyanın ali seçki orqanları tərəfindən verilir. Seçki yanılaşdıqca, bu məsələ haqqında yekun müzakirələr aparılacaq və BAXCP-nin seçkilərdə iştirakı ilə əlaqədar yekun qərar qəbul olunacaq”.
Xəzər Teyyublu (KXCP sədirinin müavini): "Artıq KXCP-nin Parlament seçkilərində iştirakı ilə bağlı qərarı var. Partiya "Azadlıq 2015” seçki blokunda təmsil olunur.
Blok formasında çalışacağıq ki, Azərbaycan üzrə 125 seçki dairəsində təmsil olunaq. İnsanlar tərəfindən tanınan namizədlərə üstünlük verəcəyik. Hal-hazırda bu şəxslərin müəyyənləşdirilməsi prosesi gedir. KXCP-nin namizədləri artıq müəyyənləşib. Lakin bloka daxil olan partiyaları da nəzərə alaraq çalışırıq ki, birliyə daxil olan digər partiyaların da dairələr üzrə namizədləri təmsil olunsun”.
Elman Fəttah (Müsavat Partiyası başqanının müavini): "Müsavat Partiyasının Parlament seçkilərində iştirakı ilə bağlı qərarı var. Lakin yekun qərar hələ verilməyib. Bununla bağlı müəyyən hazırlıq prosesləri gedir”.