CHP ilkin seçkilərə start verdi

Türkiyənin ana müxalifət partiyası CHP qarşıdan gələn parlament seçkilərində deputatlığa namizəd almaq istəyən namizədlərlə bağlı ilkin seçki keçirib.

Müsavat.com-un məlumatına görə, CHP-dən 2822 nəfər seçkilərdə iştirak etmək üçün müraciət edib. Sınaq seçkinin qeyri-rəsmi nəticələrinə görə, CHP başqanı Kamal Kılıçdaroğlu ilkin seçkiyə İzmirdən girib və böyük fərqlə rəqiblərini üstələyib. K. Kılıçdaroğlu 32 min 75 səs toplayıb.

Sınaq seçkilərdə gözlənilməz nəticələr də olub. CHP-nin sabiq lideri Dəniz Baykal doğma şəhəri Antaliyada birinci ola bilməyib. 96 nəfərin mübarizə apardığı Antaliyada D. Baykal ikinci olub. Bu şəhərdə ən çox səsi 46 yaşlı həkim Niyazi Nefi Kara toplayıb. Nefi Kara D. Baykaldan 1390 səs çox toplayıb.