Elşən Mustafayev: "Dəmirtaşın Moskvaya səfəri və Rusiya Türkiyə münasibətlərində göstərdiyi münasibəti I Dünya Müharibəsində Osmanlı İmperiyasında yaşayan ermənilərin osmanlılara qarşı etdikləri xəyanəti kimi dəyərləndirirəm”
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaş Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb. Burada o vətəndaşı olduğu dövlətin maraqlarından deyil, Rusiyanın maraqlarına cavab verən fikirlər səsləndirərək, Moskvanı Ankara ilə yaşanan münasibətlərdə az qala tam haqlı çıxarıb.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən AMİP beynəlxalq məsələlər katibi Elşən Mustafayev Dəmirtaşın bu səfərini Türkiyəyə xəyanət kimi dəyərləndirdi: "Dəmirtaşın Moskva ilə Ankara arasında münasibətlərin gərgin olduğu bir dönəmdə Rusiyaya səfər etməsi bir daha sübut etdi ki, HDP həqiqətən də terror təşkilatı olan PKK-nın siyasi qanadıdır. Bu səfər onu göstərdi ki, HDP-lər üçün Türkiyənin bütövlüyü, əminamanlığın olması, dövlət maraqlarının hər şeydən üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Bu səfərlə bird aha sübut etdilər ki, konkret sifariş əsasında Türkiyə daxilində qeyri-stabil vəziyyət yaratmağı qarşılarına məqsəd qoyublar. Bu əvvəldən də belə idi, amma indi əyani olaraq HDP bir daha özlərinin əsl niyyətlərini göstərdilər. Tarixdən də bilirik ki, PKK-nı birbaşa olaraq Moskva o zamanlar Türkiyəyə qarşı istifadə etmək üçün yaradıb. Sözsüz ki, Dəmirtaşın bu addımı Türkiyə cəmiyyətində, hətta kürdlər arasında belə müsbət qarşılanmayıb. Normal halda hətta nə qədər Rusiyaya simpatiya olsa da belə, HDP rəhbəri Moskvaya getməməli idi. Ən azı ona görə ki, onların qazandığı səslər arasında türklərin də verdiyi kifayət qədər səslər var. Yaxud Rusiyanın Türkiyəyə tətbiq etdiyi embarqodan əziyyət çəkən Türkiyə vətəndaşları arasında kifayət qədər kürd mənşəli insanlar da var. Düşünürəm ki, bu səfərdən sonra HDP-yə səs verən türklər və hətta kürd mənşəli insanların bir çoxu birmənalı şəkildə səhv etdiklərini anlayacaqlar. Bu fonda yaxın zamanlarda seçkilər keçirilsəydi, HDP xeyli səs itirərək, hətta barajı belə keçməyə bilər. Bunu bilə-bilə HDP rəhbərliyi Moskvaya səfər edibsə, deməli onları idarə edən tərəflərdən biri də məhz Rusiyadır və HDP də birbaşa olaraq onların sifarişini yerinə yetirir. Moskva da Dəmirtaşı qəbul etməklə Türkiyəyə növbəti bir əzələ nümayişini göstərmək istəyib. Bununla görüntü yaratmaq istəyirlər ki, Türkiyə daxilində istənilən anda qarşıdurmalar yaratmağa, onu cəzalandırmağa qadirdirlər. Kremlin HDP rəhbərliyini qəbul etməkdə bir məqsədləri də məhz bu amilə xidmət edir. 10-15 il bundan öncə belə separatçı, bölücü fikirlərlə çıxış edənlərin parlamentdə təmsil olunmasına imkan verilməzdi. Hətta Türkiyənin yazılmayan qanunları buna imkan vermirdi. Amma bəzi qanunlarda olan dəyişikliklər o səviyyəyə gətirdi ki, belə separatçı insanlar parlamentə qədər gəlib çıxa biliblər və indi də bölücü fəaliyyətlərini qanunverici orqanda davam etdirirlər. Hesab edirəm ki, Türkiyədə hazırda müharibə təhlükəsilə üz-üzə qaldığından qanunların icazə verdiyi və bəzi hallarda ondan yan keçməklə HDP-nin fəaliyyətini qadağan etməlidir. Separatçı çağırışlarla çıxış edən parlamentdə əyləşən bu insanların isə həbsini həyata keçirməlidir. Bunu Türkiyənin bütövlüyü və təhlükəsizliyi tələb edir. HDP liderlərinin hərəkəti göstərdi ki, nəticə etibarı ilə bu fəaliyyətlə onlar Türkiyəyə ciddi zərbə vurdular. Dəmirtaşın Moskvaya səfəri və Rusiya Türkiyə münasibətlərində göstərdiyi münasibəti I Dünya Müharibəsində Osmanlı İmperiyasının daxilində olan ermənilərin osmanlılara qarşı etdikləri xəyanəti kimi dəyərləndirirəm”.