Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Diasporla İş üzrə Dövlət Komitəsində olub. Səfiri salamlayan Dövlət Komitəsinin sədri Azərbaycanla Meksika arasında siyasi və iqtisadi əlaqələrdən danışaraq diaspor sahəsində də münasibətlərin inkişaf etdirilməsinin vaicbliyini vurğulayıb. Komitə rəhbərliyi qurumun fəaliyyəti və son 6 ayda həyata keçirilən yeni layihələr haqqında məlumat verib. Azərbaycan Respublikasının diaspor siyasətində yeni strategiya hazırlandığı, diaspor fəaliyyətinin genişləndirilməsi üçün informasiya texnologiyalarının və medianın imkanlarından daha geniş istifadə edildiyi diqqətə çatdırılıb. Bu sahədə Meksika diasporunun təcrübəsinin öyrənilməsinin və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Xuan Rodriqo Labardini Flores iki ölkə arasındakı əlaqələrdən bəhs edərək son dövrlərdə münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb. Daha sonra Meksika diasporunun dünyadakı ən güclü diasporlardan biri olduğunu qeyd edən səfir təkcə Amerika Birləşmiş Ştatlarında 12 milyon meksikalının yaşadığını bildirib. Xaricdəki istedadlı meksikalıları eyni şəbəkədə birləşdirən xüsusi proqram haqqında məlumat verən diplomat dünyadakı Azərbaycan və Meksika icmaları arasında əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə Meksikanın xaricdəki meksikalılarla işləyən dövlət qurumu arasında memorandumun imzalanması, xaricdəki Azərbaycan və Meksika diaspor təşkilatları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi qərara alınıb.