1991-ci il 18 oktyabr Azərbaycanın dövlət müstqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" 6 fəsil, 32 maddədən ibarət olan Kostitusiya Aktı yekdilliklə qəbul edildi. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Lakin bunula iş bitmirdi. Qarşıda ən vacib məsələ-Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanıdılması başlıca vəzifə kimi dururdu. Bu çətin və məsuliyyətli vəzifəni Milli Azadlıq Hərakatının Lideri Etibar Məmmədov üzərinə götürdü.
Onun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin 1991-ci ilin1-10 noyabrında Türkiyəyə etdiyi rəsmi səfəri zamanı keçirdiyi görüşlər və rəhbər şəxsləri ilə apardığı danışıqların nəticəsi olaraq qardaş ölkə 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Bu barədə ilk açıqlamanı da Türkiyənin baş naziri Məsud Yılmaz Türkiyə KİV-lərinə şəxsən özü verdi.
Beləliklə də, ilk tanınmayla Azərbaycan beynəlxalq aləmin ayrılmaz bir subyekti olma yolunda kövrək addımlarını atdı.
Bu gördüyünüz şəkil də Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mlli Məclisin üzvü Etibar Məmmədovun həmin tarixi səfəri zamanı lentə alınıb.