Dünya şöhrətli alim Tibb Universitetinin qonağıdır

Sabah, 28 oktyabr 2014-cü il saat 09:45-də Azərbaycan Tibb Universitetində Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmər Akademiyasının akademiki, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin rəhbəri Mixail İvanoviç Davdovla görüş keçiriləcək.

Professor Mixail İvanoviç Davıdov Rusiya Federasiyası Dövlət Mükafatı laureatı, RF Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının üvü, akademik, tibbi elmlər doktorudur. Prezidentlər işlər üzrə idarənin tibbi mərkəzinin baş onkoloqudur. Rusiya Dövlət Tibb Universitetinin kafedra müdiridir. M.Davıdov dünya miqyaslı tanınmış mütəxəssisdir. Xərçəng xəstəliklərinin əməliyyatlarında yeni metodların yaradılması, köhnələrini təkmilləşdirilməsi üzrə xeyli praktik işləri var. Davıdov daxiliplevral mədə-bağırsaq anastomozlarının yaradılması üzrə tamamilə yeni metodika təklif edib. o, həmçinin ilk dəfə olaraq bədxassəli şişlərin əməliyyatı zamanı iri damarların plastikası da daxil olan əməliyyatları icra edib.

M.İ.Davıdov onkoloq cərrahlar mərkəzini yaradıb. Burada daha dəqiq diaqnoz qoyulması, bədxassəli şişlərin müalicəsinin təkmilləşdirilməsi, eksperimental və praktiki onkologiyanın ən müasir metodlarının tətbiqi məsələləri öyrənilir.

Davıdovun rəhbərliyi altında 30 dissertasiya işi müdafiə olunub O, 300-də çox elmi məqalənin, 3 monoqrafiya, 6 elmi-metodik filmin müəllifidir.

Beynəlxalq Cərrahlar Birliyi, Amerika və Avropanın Cərrahlar Cəmiyyəti, Nyu-York Elmlər Akademiyasının üzvüdür.