Ermənistan prezidenti Serj Sarkisyan Qarabağın qaytarılması ilə bağlı xalqa müraciət edəcək. Bu barədə Ermənistanın "Joxovurd” qəzeti yazıb. Qəzet qeyd edir ki, Qarabağ münaqişəsinin nizama salınması ətrafında gizli və sürətli proseslər gedir: "Ermənistan mediasında prezident Vladimir Putinin münaqişənin həllini birbaşa nəzarətə götürməsi haqqında məlumatlar yazırlar. Gözləntilərə görə yaxın günlərdə aktiv danışıqlar başlanacaq. Məlumatlar var ki, Serj Sarkisyan Dağlıq Qarabağa da buna görə səfər edib və ərazilərin qaytarılması məsələsini müzakirə edir. Yaxın günlərdə Sarkisyanın bununla bağlı xalqa müraciət edəcəyi gözlənilir”.
Qəzet ekspertlərin fikrinə istinad edərək qeyd edir ki, Sarkisyan bu müraciətdə münaqişənin həlli variantını və ərazilərin qaytarılması məsələsindən bəhs edəcək. Belə ki, o, münaqişənin həllilə bağlı güzəştə getmək üçün xalqı inandırmağa məcburdur.
Buradan anlaşılır ki, Ermənistanın havadarı olan Rusiyanın son zamanlar hadisələrə dolğun və real qiymət verməyə başlaması İrəvanın siyasətində korrektələr etməsiən səbəb olub. Artıq Ermənistan arxalandığı qüvvənin də ondan uzaqlaşmağa başladığını hiss edir.
AMİP beynəlxaql əlaqəl katibi, politoloq Elşən Mustafayev bildirdi ki, Ermənistanın güzəştə gedib-getməyəcəyi indilikdə Moskvanın istəyindən asılıdır: "Aprelin 1-dən 2-nə keçən gecə və bundan sonra 3 gün davam edən hərbi əməliyyatlar zamanı Ermənistan cəmiyyəti üçün qəti şəkildə məlum oldu ki, Azərbaycan hərbi cəhətdən qat-qat güclü olduğundan əsgəri əməliyyatlar başlanacağı təqdirdə, nəinki təkcə Qarabağdan kənar rayonları, hətta Xankəndinin özünü də azad etmək iqtidanıdayıq. Eyni zamanda, o da məlumdur ki, Rusiyanın dəstəyi olmayacağı təqdirdə Azərbaycan ötən 24 il ərzində çoxdan bu problemi həll etmiş olardı. İndiki halda Rusiyanın istəyindən çox şey asılıdır ki, Ermənistan güzəştlərə getsin. Yəni, əsas məsələ Putinin münaqişənin həllində nə dərəcədə maraqlı olmasından gedir. Çünki Rusiyanın dəstəyindən imtina etmək nəinki təkcə Sarkisyanın, Ermənistanın məğlubiyyəti sayılır. Atəşkəsin elan edilməsi Rusiyanın istəyilə baş verdisə, yəqin ki, bu fonda Azərbaycan tərəfi də öz şərtlərini irəli sürüb. Bu əsasda da ola bilsin, Moskva üzərinə müəyyən öhdəlik götürüb. Çünki bu gün Moskva özü də proseslərin gərginləşməsində maraqlı deyil.
İkincisi, prosesdə konkret olaraq bir tərəfin tərəfini tutması o demək olacaq ki, Azərbaycanı Rusiya birdəfəlik itirəcək. Sarkisyanın danışıqlar prosesinə razılıq verəcəyi şəksizdir. Çünki ən azından Rusiya onu buna məcbur edir. Torpaqların qaytarılması da bu danışıqlarda gündəmdə ola bilər. Amma Ermənistan daxilində formalaşmış ciddi müxalifət var. Sarkisyanın Qərbdə və Amerikadakı erməni lobbisindən aldığı dəstək azalıb. Erməni lobbiləri dəstəyini Ermənistandakı digər müxalifət partiyalarına verib. Nəticə etibarı ilə məlumdur ki, Ermənistanda müstəqillik dövründən üzü bəri hakimiyyətə gələnlərin hamısı məhz Qarabağ faktoru üzərindən iqtidara gəlib və məhz bu faktorun dalğasında da hakimiyyətdən gediblər. Sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyətə gəlməsi, getməsi də Qarabağ faktoru ilə əlaqəli olub. Robert Köçəryan, Sarkisyan da sırf Qarabağ problemi dalğasında iqtidara gələ biliblər. Bu gün mövcud müxalifət də Qarabağ dalğasından istifadə edib Sarkisyan rejimini, ümumiyyətlə Qarabağ klanını darmadağın edə bilər. Bu təhlükənin olduğunu Sarkisyan görür. Ona görə də Sarkisyan üzdə bu danışıqlardan imtina etsə də, digər tərəfdən məlumatlara görə, Ermənistanda qeyri-rəsmi olaraq təbliğat aparılır ki, Moskva əlini İrəvandan çəksə, Azərbaycan nəinki işğal olunmuş torpaqları, hətta əzəli torpaqları da geri ala bilər. Yəni, burada söhbət Göyçə mahalı və Zəngəzurdan gedir. Bütün bunlara əsasən hesab edirəm ki, yaxın bir ay müddətində proses ətrafında hansı mövqelərin ortalıqda olacağı aydın görünəcək. Əsas odur ki, qatar hərəkətə gəlsin. Onda kimin hansı mövqedə durduğu daha aydın görünəcək”.
Politoloq Fikrət Sadıxov qeyd etdi ki, Ermənistan öz gələcək taleyini düşünürsə, güzəştə getməyə məhkumdur: "Qeyd edim ki, hələlik söhbət Dağlıq Qarabağın qaytarılmasından getmir. Söhbət hələlik ilk mərhələdə işğal olunmuş 7 rayonun qaytarılmasından gedir. Ehtimal var ki, həmin 7 royondan 5-nin artıq qaytarılması prosesinin başlanması gözlənilir. Bu məsələ xarici işlər Naziri Sergey Lavrovun İrəvana olan səfəri çərçivəsində müzakirə predmetinə çevrilməlidir.
Əlbəttə ki, aprel hadisələri Ermənistan üçün böyük bir zərbə oldu. Onlar başa düşdülər ki, artıq hərbi, həm də diplomatik-siyasi istiqamətlərdə uduzurlar. Bu da müəyyən mənada regionun xəritəsini dəyişəcək. Çünki aprel hadisələri zamanı sübut edə bildik ki, torpaqları azad etməkdə israrlıyıq. Bu məqsədimiz torpaqların azad edilməsinə qədər dəyişilməz olaraq qalacaq. Təbii ki, danışıqlar prosesində bir sıra məsələlərin müzakirəsi baş verməlidir. Ətraf rayonların qaytarılması prosesi başlanılsa, paralel olaraq Dağlıq Qarabağ məsələsinin statusu ətrafında da müzakirələr davam edəcək. Təbii ki, bu məsələ referendum, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.