Azərbayacndakı siyasi partiyalar Dağlıq Qarabağdakı separatçı rejimin mayın 3-də keçirməyə hazırlaşdırı "parlament seçkiləri”nə mövqelərini bildiriblər.
Moderator.az məsələ ilə bağlı siyasi partiyaların mövqeyini öyrənib.
AMİP sədri Yusif Bağırzadə isə hesab edir ki, ilk olaraq ATƏT və bu təşkilatın tərkibində birbaşa seçkilərlə məşğul olan Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu mövqeyini bildirməli və Ermənistanı bu qanunsuz hərəkətindən çəkindirməlidir.
Y. Bağırzadənin fikrincə, bu bir daha sübut edir ki, Ermənistanla münaqişənin həlli istiqamətində aparılan danışıqların heç bir mənası yoxdur:
"Ermənistan bu yolla vaxt qazanmaq və əraziləri öz nəzarəti altında saxlamağa çalışır. Ona görə də hesab edirəm ki, artıq Azərbaycan hakimiyyəti Ermənistanın bu imitasion hərəkətlərinə son vermək üçün işğal altında olan torpaqlarımızı azad etmək istiqamətində ciddi addımlar atmalıdır. Artıq bu qanunsuzluğa son vermək üçün torpaqlarımızı güc yolu ilə azad etməyin vaxtı çatıb.”
Ümid Partiyasının sədri İqbal Ağazadə də hesab edir ki, bu cür qanunsuzluğa son vermək üçün torpaqlarımızı işğalçılardan azad etməliyik və bundan başqa çıxış yolu yoxdur.
Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, artıq məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi bildirilib:
"Biz bunun qarşısını bir yolla ala bilərik. O da torpaqlarımız azad etmək yolu ilə. Biz bu seçkiləri tanımadığımızı sübut etmək üçün əməli surətdə sübut etməliyik . Torpaqlarımızı qəsbkarlardan azad edib, torpaqlarımıza sahib çıxmalıyıq. "