“Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçiriləcək

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçiriləcək.

Musavat.com xəbər verir ki, 18 ölkə təmsilçisi final uğrunda mübarizə aparacaq. Onlar Norveç, Rumıniya, San-Marino, Serbiya, Danimarka, Rusiya, Moldova, Niderland, Avstraliya, Gürcüstan, Polşa, Malta, Macarıstan, Malta, Latviya, İsveç, Monteneqro, Sloveniya və Ukrayna təmsilçiləridir.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda çıxış edib. O, məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəri olan "X my heart” adlı mahnını səsləndirib. Lakin finala vəsiqə qazanmayıb.

Müsabiqənin final mərhələsi mayın 12-də baş tutacaq.