Hakimiyyət qəsdən bu cür şaiyələri dövrəyə buraxmaqla...

Bununla bağlı bizimlə fikirlərini bölüşən AMİP Siyasi Şurasının üzvü Əli Orucov yayılan şaiyələrin bilərkdən ortaya atıldığını düşünür: "Banklara olan borclar bağışlanacağı ilə bağlı deyilənlər qeyri-ciddidir. İnanılmaz və mümkün olmayan söz-söhbətləri ortaya atmaqla cəmiyyətdəki narazılıqların səngiməsinə cəhd göstərilir. Manatın devalvasiyasından sonra əhalinin maddi və sosial durumu daha da pisləşdi. On minlərlə vətəndaşımız bankların soyğunçuluğu ilə üzləşdilər. Ölkədə bahalaşma artan xətlə gedir. Korrupisya, rüşvətxorluq və inhisarçılıq tüğyan etməkdədir. Bir yandan da 1-ci Avropa Oyunlarına xərclənən milyardla vəsait və bu vəsaitin bir qisminin büdcədə çalışan vətəndaşlarımızdan və iş adamlarından məcburən xərac kimi toplanılması hakimiyyətə qarşı narazılığı pik həddinə çatdırıb. Necə deyərlər "bıçaq artıq sümüyə dayanıb”. Üstəlik də nüfuzlu beynəlxalq qurumların Azərbaycan iqtidarına ardıcıl və getdikcə sərtləşən təzyiqləri onları çıxılmaz vəziyyətə salıb. Belə bir vəziyyətə hakimiyyət qəsdən bu cür şaiyələri dövrəyə buraxmaqla getdukcə dərinləşən və təhlükəli hal alan narazılıqları bir qədər sakitləşdirmək istəyir. Gah Dağlıq Qarabağın geri qaytarılacağını, gah islahatlar aparılacağını, gah qorxu yarada biləcək informasiyalar yayırlar. İndiyə qədər Azərbaycan hakimiyyətinin xalqın maraqlarına cavab verəcək addımlar atdığını görən, eşidən olubmu?! Olmayıb. Bunların siyasəti və fəaliyyəti xalqı və dövləti çapıb talamaqdan, son tikəsini əlindən almaqdan, insanları qorxu və müti halında saxlamqdan ibarətdir. Ona görə də xalqın belə şaiyələrə inanmağını, haqqını israrla və qətiyyətlə tələb etməsini daha doğru, daha real hesab edərdim.”