Heç bilirsən sən nə … Aslansan?

Sağ olsun Elçin Zahiroğlu. Danışdırdı bu gədəni. Müsahibədə qoyulan sualların bəzilərində hadisələrin xronoloji ardıcıllığı pozulsa da, ümumən müsahibənin birinci hissəsi pis alınmayıb. Bəzi nüansları çıxmaq şərtilə qoyulan suallarda jurnalist bitərəfliyi qoruna bilib. Niyə Elçinə sağ ol deyirəm? Hələ ötən dəfə bu Aslan yenə də üstümüzə nərildəyəndə cavab yazmaq istəyirdim. Məsələyə Prezidentin köməkçisi Əli Həsənovun da adını qatması məni bir qədər fikrimdən daşındırdı. Fikirləşdim ki, cavabım düzgün anlaşılmaz. Baxmayaraq ki, Niyaməddin Orduxanlı və Taleh Şahsuvarlı adama layiq olduğu cavabı vermişdilər… Onda da adımı çəkmədən bir ağız … . Nəsə danışmışdı. İndi birbaşa adımı çəkdiyindən məcburam.

Beləliklə, əvvəlcə qeyd etdiyim pozulan xronoloji ardıcıllığa diqqət yetirək. İlk müsahibəni "Yeni Müsavat” qəzetinə mənim də üzvü olduğum BAXCP sədri Qüdrət Həsənquliyev verib. Sonra Rusiya hökuməti "adından” İlham Rəhimli adlı bir nəfər elə həmin qəzetdə Qüdrət bəyi təhqir edən, aşağılayan cavab verib. Bundan sonra Qüdrət Həsənquliyev o adamın cavabını verib. Və sonra Aslan səhifəsi açılıb. Bu gədə özünün FB səhifəsində arxasından çıxmalı olan şeyləri ağzıyla edib. Təbii ki, cavabını da alıb. Və niyəsə sentyabrın əvvəllərində aldığı cavaba görə dekabrda təhqir olunma iddiası ilə məhkəməyə müraciət edib. Əcəba bu adama təhqir olunduğu üç ayamı çatdı? Niyə bəs üç ay sonra? Bir azdan… Hələliksə qayıdaq adamın müsahibəsinə.

Deyirsən: – "Mən özümü İlham Rəhimovdan qat-qat üstün sayıram. Mən dəyərimi bilən kişiyəm”. Və dərhal quşladığının fərqinə vararaq başlayırsan İlham Rəhimliyə girməyə. Ancaq başa düşmək istəmirsən ki, girmək istədiyin yer sən qafalı adamlar tərəfindən çoxdan tutulub. Boş yeri isə adamın əti ilə dırnağı arasında qalıb ki, ora da elə sənin mahiyyətinə uyğun biçilib.

Sonra: – "Mən kiməsə qulluq edəsi olsaydım, elə gedib ölkənin Prezidentinə qulluq edərdim”. – Özün də dəfələrlə bildirirsən ki, prezidentlə görüşübsən. Sual olunur, bu iqtidarla hansı formadasa əlaqədə olmaq qəbahətdirsə, o zaman prezidentlə görüşdə nə edirdin? Yoxsa FB-də boğazının boş yerinə salıb yazdıqlarını prezidentə deməyə getmişdin. Niyə boynuna almaq istəmirsən ki, özünlə apardığın dosyelər heç nəyə yaramadığından səni "almadılar”? Vitrində çox qalıbsan və iddia etdiyindən çox ucuzsan qağa…

Sonra: – "Mənim aqressiyam Qüdrətə yox, onu danışdıran adamlara idi ki, qardaş düz eləmirsiz”. – Əvvəla Qüdrət Həsənquliyev mənim bildiyim qədərincə öz sözü olan və demək istədiyini deməyi bacaran millət vəkilidir. İkincisi isə burada söhbət Qüdrət Həsənquliyevin nəyi deməyindən gedir. Adam deyir ki, Rusiya Qarabağı qaytararsa Azərbaycan Gömrük və Avrasiya ittifaqına üzv ola bilər. Lap götürək ki, bu dövlətin mövqeyidir və sənin iddia etdiyin kimi Qüdrət Həsənquliyev də dövlətin sözünü Putin müəllimə çatdırır. Sənin Müdafiə elədiyin və "Putinlə yeyib içdiyinə” görə siyasətə dürtülmüş qulbeçə İlham Rəhimlinin nə borcuna qalmışdı ki, hələ xoruz ili gəlməmiş banlasın? Kimə qarşı gəlirdi sənin və ailənizin milli qəhrəmanı İlham Rəhimli – Qüdrət Həsənquliyevə, yoxsa sənin təbirincə desək Qüdrət Həsənquliyevin sözünü dediyi dövlətə, onun başçısı İlham Əliyevə?

Ermənilərlə müqayisə edirsən: – " Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə edə bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları”… Öz aramızdı, Vahid Ələkbərovu deyə bilmərəm ancaq o birisi ilə Kim Kardaşyanı müqayisə etməyin bu mövzuda lap əla alınıb. Ancaq hələ də sənə çatmayıb ki, Elçibəydən bu yana Azərbaycan iqtidarları siyasətdə fahişələrdən istifadə etməyib.

Və burda boynuna al ki, quşlayıbsan: – "Mənim elədiklərimin 99 faizi balalarıma, bir faizi millətimə görədir”.- İfadə sənindir. Saxtakar olduğunu özün də təsdiq edirsən. Bəs hər yerdə bar-bar bağırırsan ki, millətinə xidmət edirsən? Biz tərəflərdə bir deyim vardı – … qoy üstündən yel əssin.

Yenə yalan danışırsan: – "Düzdü, məni söyənlərin hamısını vermişəm məhkəməyə. Amma məhkəmələr də sifariş alıb, iddialarımı müxtəlif bəhanələrlə götürmür”. – Gözünün içinə qədər yalan danışırsan. Mənim məhkəmə prosesimin biri keçirilib, növbəti də ayın 13-ü saat beşdə olacaq. Görəsən nə qədər ləyaqətsiz olmalısan ki, bu qədər ağ yalanlar danışasan?

Yenə özünü böyük … sayırsan: – "Məni öldürəcəklər”. Ardıyca da: "Bu gün məni söyənlərin hamısını alın siyahıya. Yadda saxlayın. 20 ildən sonra onların harda olduğuna da baxarsız, mənim də” … 20 illik proqnoz verirsən. Məşhur filmdə deyildiyi kimi bunun bir adi var – q…rabiltel!

…İndi qayıdaq təhqir olunduğunu niyə üç ay sonra başa düşməyinə: – "İlham Rəhimli ilə görüşəndə dedim. O isə dedi ki, əşi boş ver, məhkəmə söhbətləri boş seydi”. Ardıyca da sənə bir informasiya sızdırdı ki, guya Moskvanın adamı kimi Azərbaycan prezidentinin 1-ci vitsesi o olacaq. Odur ki, dərhal bizi məhkəməyə verməklə özünü bacardığın qədər həm gündəmdə saxlamaq istəyirsən həm də…

Heç bilirsən sən nə … Aslansan?

Əli Həziquliyev