DAİR Hotellər və Restoranlar Assosiasiyasının yaydığı məlumata istinadən, təşkilatın nəzdində fəaliyyət göstərən AHEC Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin ekspertləri "Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək” layihəsində iştirak edirlər. Layihə 16 Dekabr 2016-cı il tarixində Avropa birliyi və Almaniya Beynəlxalq Əmkdaşlıq Cəmiyyəti (GİZ) arasında bağlanmış müqaviləyə əsasən 2017-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır.
Layihənin xüsusi məqsədi yerli səlahiyyətli orqanların idarəetmə və ərazi planlama bacarıqlarının artırılmasına və təkminləşdirilməsinə dəstək olmaqla regional inkişafı gücləndirməkdir. Əsas tərəfdaş İqtisadiyyat Nazirliyi olmaqla, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli İcra orqanları və bələdiyyələr də bu layihədə fəal tərəfdaşlar sırasındadır.
Bununla əlaqədar olaraq, Gəncə-Qazax iqtisadi rayonunda "Yerli və Regional inkişafa dəstək” layihəsi çərçivəsində Daşkəsən, Tovuz və Gədəbəy rayonunlarının əsrarəngiz turizm potensialının səmərəli istifadəsi üçün, habelə turizm fəaliyyətinin səmərəli və uyğun icra olunması məqsədilə planlama, idarəetmə, monitorinq, təbliğat və təşviqat, yeni turizm məhsullarının və marşrutlarının yaradılması istiqamətində dəstək xarakterli sil-silə təlim proqramlarına artıq başlanmışdir. Təlim proqramı Dövlət Turizm Agentliyinin apardığı ölkə üzrə ümumi turizm strategiyasına uyğun şəkildə planlaşdırılib və uğurla icra olunur.
Təlim proqramlarının keçirilməsi məqsədilə DAİR Hotellər və Restoranlar Assosiasiyasının AHEC Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin ekspertləri Samir Dübəndi, c.e.d. Vüqar Dərgahov və digərləri cəlb ediliblər. Təlim proqramları 6 Moduldan ibarət "Turizm konsepsiyası”, "Kənd turizmi”, "Turizm məhsullarının yaradılması”, "Turizmda menecment”, "Turizm resursları”, "Kənd təsərüffatı məhsullarının turizmda istifadə edilməsi”, "Yerli turizm səfirləri” konsepti”, Turizm Destinasiyalarının İdarə edilməsi” kimi mövzuları əhatə edirlər.