Artıq açıq danışmağın vaxtıdır!
Azərbaycanın sosial media mühitində elə bir kütlə formalaşıb ki, nə arqument anlayır, nə məsuliyyət.
Sadəcə faktı təhrif edir, boş danışır, ictimai fikri zəhərləyir və bunu “söz azadlığı” adı altında gizlətməyə çalışır. Dövlətin humanizmindən, dözümündən sui-istifadə edilir…
Bu, sadəcə savadsızlıq deyil.
Bu, ən böyük təhlükədir!
Bu gün informasiya müharibəsi gedir. Və bu müharibədə bəziləri açıq, bəziləri gizli, bəziləri isə fərqinə varmadan xarici təsir mərkəzlərinin əlində alətinə çevrilir.
Ən təhlükəlisi isə məhz fərqində olmayanlardır, cahilcəsinə bunu edənlər!
Fikrimcə artıq bu məsələyə yumşaq yanaşmaq qətiyyən olmaz!
❗ Arqumentsiz, təxribat xarakterli şərhlər yazanlar cəmiyyət tərəfindən rədd edilməli, dövlətin sosial şəbəkələrə özünəməxsus nəzarət mexanizmi formalaşmalı;
❗ Saxta gündəm yaradanlar iqnor olunmalı və təsirsizləşdirilməli;
❗ İnformasiya məkanında nizam-intizam və məsuliyyət tələb olunmalı və buna dövlət nəzarəti tamlıqla həyata keçirilməlidir!
Bu, senzura deyildir, bu, dövlətin özünü qoruma refleksidir. Hansı ki, dövlətin həssas nöqtələrini əzmək istəyənlərə qarşılıqlı hüquq daxilində cavabdır…
Unutmayaq:
Hər yazılan şərh fikir deyil.
Hər danışan insan düşünən beyin sahibi demək deyil. Və hər “aktiv profil” də real vətəndaş deyildir. Bunu çoxsaylı feyk profillərdən də görmək olar…
Heç şübhəsiz ki, informasiya cəbhəsində səhlənkarlıq — dövlətə qarşı məsuliyyətsizlik və xəyanətə bərabərdir! Milli maraqlar müzakirə predmeti ola bilməz və olmamalıdır da... Onlar qorunmalı və gələcək nəsillərə çatdırılmalıdır. Çatdırılmalıdır ki, mövcud güclü və ilhamlı dövlətimiz qorunsun, yeni-yeni uğurlara imza atmış olsun…
Ağasif Şakiroğlu
Gələcək Azərbaycan Partiyasının sədr