AMİP Siyasi Şurasının üzvü Əli Orucovun Moderator.az saytına müsahibəsini təqdim edirik:
- Əli bəy, 2019-cu il fəal başlayıb. Cəmiyyətdə bir hərəkətlilik müşahidə olunur. Bunu nə ilə izah edərdiniz?
- Doğrudan da, 2019-cu il yola saldığımız illə müqayisədə xeyli fərqlənir. İnsanlarda ölkənin həyatında iştirak etmək həvəsi görünməkdədir. Lakin bu proses hələlik ləng getsə də, əsas odur ki, uzun illərin süstlüyü, ətaləti tədricən aradan qalxmaqdadır. Cəmiyyət artıq dərk etməyə başlayıb ki, ölkənin həyatından, ictimai-siyasi proseslərdən kənarda qalmaq çıxış yolu deyil və əksinə bu hal problemləri daha da dərinləşdirir. Hakimiyyətin cəhdlərinə baxmayaraq informasiya məkanı vasitəsi ilə dünyada və regionda gedən prosesləri izləyib təhlil edən insanlar Azərbaycanın narahat dünyamızda hansı təhlükələrlə üzləşə biləcəyini də təxmin etməkdədirlər. Yaxın Şərqdə, xüsusən də Suriyada avtoritar rejimlərin öz xalqlarına və dövlətlərinə gətirdiyi faciələrdən nəticə çıxarılır. Eyni zamanda ölkədəki durumun getdikcə pisləşməsi, böhran həddi, bütün sahələrdə mövcud çətinliklər və problemlər artıq insanların səbrini tükəndirib. Hakim elitanın məlum bir qrupunu istisna etməklə hətta yuxarıların özləri də bu cür daha davam etməsini istəmir. Üstəlik də sıxlaşan beynəlxalq təzyiqlər, region uğrunda böyük güclərin ciddi rəqabəti müəyyən qüvvələri də fəallaşdırıb. Yəni qısaca olaraq xarici və daxili şərtlər, yaranmış situasiya qədəm qoyduğumuz ilin aktiv başlamasına böyük təkan verməkdədir. Ancaq bununla belə dediyiniz hərəkətlilik hələ ki, istənilən səviyyədə və tepdə deyil.
- Amma müxalifət uzun fasilədən sonra ilk dəfə kütləvi mitinq keçirdi, xalq hərəkatı yaratdı. Bütün bunlar cəmiyyətdəki aktivliyin göstəricisi deyilmi?
- Siyasi prosesləri və gedişatı kökündən dəyişə biləcək fəallıqdan danışıram. Milli Şuranın keçirdiyi mitinq və bir qrup partiyanın ayrı-ayrı şəxslərlə yaratdığı xalq hərəkatı adlı qurum cücətdilərdir. Proses kütləvi getməlidir. Indiyədək kənarda qalan insanlar prosesə qoşulmalıdır. Əks təqdirdə hakimiyyət müxtəlif vasitələrlə qısa zamanda axını dayandıracaq, fəallaşmanın qarşısını alacaq.
Onu da bildirim ki, iqtidar da əlini-qolunu sallayıb oturmayıb. O da dalğanın gəldiyini hiss edir, başlanan proseslərin haralara gedib çıxacağını anlayır. Müxalifətin əlində daha zəngin arqumentlər və arsenalın olmasına baxmayarq, hakimiyyət məncə daha çevik və praqmatik addımlar atır. Önləyici tədbirlər görür, müxtəlif kombinasiyalar üzərində işləyir ki, müxalifətin əlində olan arsenalı, yəni böyük narazı kütləni, öz tərəfinə çəksin, yaxud neytrallaşdırsın. Özünə tənqidi yanaşsaq müxalifət düşərgəsinin pərakəndəliyi bir yana qalsın, ləngliyini, yeniləşmədiyini, alternativlər axtarmadığını, takitki addımlarda sadiqliyini, cəmiyyətə geniş açılmadığını görürük. Müxalifətin özündə də bürokratiya və avtoritarlıq var. Məsələn, bir yerdə iki toplantısını keçirən müxalif düşərgəsi dərhal mitinq barədə qərar verir. Yaxud, yerinə düşdü-düşmədi iqtidarı tənqid etməklə, "istefa” qışqırmaqla funksiyasını bitmiş hesab edir və s. Lider, sponsor istədi olacaq, istəmədi olmayacaq kimi neqativ hallar qalmaqdadır. Bu cür nöqsanlar isə müxalifət düşərgəsini geniş sosial bazadan və narazı kütlədən məhrum edir. Halbuki bunları müxalifətin ən kəsərli və qarşısı alınmaz silahları olamlıdır. Təbii ki, ölkədəki qeyri-demokratik şəraiti, hakimiyyətin idarəetmə metodunu və yürütdüyü daxili siyasətini başa düşürəm. Lakin müxalifət 25 illik ətaləti, antidemokratik siyasi sistemi dəyişməyi qarşısına məqsəd qoyubsa hesab-kitabı yüz dəfə, min dəfə ölçüb biçməli, çıxış yolları axtarmalı, digər vasitələri də gözdən keçirməlidir. Yoxsa eyni düşüncədə, eyni adamlar ən pafoslu ad altında onlarla, yüzlərlə təşkilat, birlik yaratsalar da, aksiyalar keçirsələr də nəticəli olmayacaq.
- Azərbaycanda müxalifətin fəaliyyətinə geniş meydan verilmədiyini, cəmiyyətin basqılar altında olduğunu Siz də yaxşı bilirsiniz. Belə bir ortamda müxalifətdən bundan artığını gözləməyi nə qədər doğru sayırsıznız?
- Azərbaycanda təkcə müxalifətin faəliyyətinə deyil, ümumilkdə siyasi institutların normal fəaliyyətinə imkan verilmir. Bu gün hakim partiya hesab olunan YAP-da hakimiyyətin idarəçiliyindən və aktiv siyasi proseslərdən kənarlaşdırılıb. Ölkədəki bütün sahələr bir qrup soyadların total nəzrətindədir. Ona görə də müstəqilliyimizin ilk dönəmlərində əldə olunan bəzi demokratik uğurlar, xırda-para nailiyyətlər də zaman-zaman məhv edildi. Söhbət siyasi institutların, vətəndaş cəmiyyəti instututlarının azad medianın, rəqbətin, liberaı iqtisadiyyat və digər sahələrin varlığından gedir. İndi bunların heç birindən demək olar ki, əsər-əlamət qalmayıb. Vəziyyət getdikcə lap da pisləşməkdədir. Mən bütün bunların fərqindəyəm. Lakin əgər biz status-kvonu dəyişmək və böhran vəziyyətindən ölkəni çıxarmaq istəyiriksə, ilk növbədə özümüz dəyişməliyik, mübarizə üsul və metodlarını dəyişməliyik. Oturub gözləməli deyilik ki, iqtidar müxalifətin, ümumiyyətlə siyasi institutların fəaliyyətinə münbit şərait yaradacaq. Avtoritar rejimlərin xarakteri belədir ki, opponenti, rəqibi olması, cəmiyyət süst qalsın, xalq hər şeydən kənarlaşdırılsın. Məncə, indiki durum YAP-ı da ciddi narahat etməlidir. Çünki həmin partiyanın da ictimai-siyasi həyatda rolu formal qalıb və bu formallıq da hətta itib-batmaqdadır.

Digər tərəfdən demokratiya və insan haqları artıq dövlətlərin "daxili işi, daxili məsələsi” sərhədlərindən çıxıb və müasir dövrümüzün prioritetlərində birinə çevrilib. Ona görə də müxalifət düşərgəsi mütərəqqi dünya ictimaiyyəti ilə, regional və beynəlxalq institutlarla fəal iş apramalı, diqqəti Azərbaycana yönəltməyə çalışmalıdır. Burda özümüzün deyib, özümümz eşitməyimiz gördüyünüz kimi istənilən effekti vermir. Avropada Azərbaycandan gedən siyasi mühacirələrin sayı kifayət qədərdir, onların potensiallarından və imkanlarından düzgün istifadə uğurlu nəticələr verərdi. Yaxud müxalifət olaraq demokratik dünyaya çıxış əldə etməli, sıx əlaqələr qurmalıdır. İndi internet və informasiya texalogiyaları elə inkişaf edib ki, bu işləri görmək elə də çətinlik yaratmır. Təəssüflər olsun ki, hakimiyyət Avropadakı etirazçı mühacir soydaşlarımızı da tora salıb, özünə sərf edən səmtə istiqamətləndirdi. Yəni hədəfdən onları da yayındıraraq sivil, demokratik və sağlam tənqidin yerinə, söyüş, təhqir, aşağılama, və bu kimi qəbul olunmayan üsluba çəkdi. Yaxud da hədəf siyasi rejim deyil, ayrı-ayrı şəxslər, xüsusən də prezident və onun ətrafı götürüldü. Halbuki həmin prezidenti də, ətrafını da qurulan siyasi rejim yetişdirib, formalaşdırıb. Bir vaxtlar deyirdilər ki, mərhum prezident H.Əliyev ölkəni yaxşı idarə etmir, onun fəaliyyəti ciddi tənqidlərə məruz qalırdı. İ.Əliyev isə "islahatçı” qanadın rəhbəri kimi cəmiyyətdə müəyyən ümid yaratmışdı. Onun təbliğatı da gecə-gündüz bu yöndə gedirdi. Amma İ.Əlyevin idarəciliyi mərhum prezidentə rəhmət oxutdurur və onun hakimiyyət dövrünün xiffəti çəkilir. Odur ki, hədəf doğru götürülməlidir, istiqamət şəxslərə, fərdlərə deyil, siyasi sistemə tuşlanmalıdır.
Başqa bir nüansa toxumaq istərdim. Müstəqil həmkarlar və sindikatlar məsələsi diqqətdən kənarda qalıb. Əslində sivil cəmiyyətlərdə həmkarlar ittifaqlarının (sindikatların) rolu hakimiyyətə təsir baxımından əvəzolunmazdır. Azərbaycanda iri, on minlərlə işçisi olan istehsalat və xidmət sahələrinin yoxluğuna baxmayaraq, az da olsa müəyyən sahələr var. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrı-ayrı sahələr üzrə 26 üzv həmkarlar təşkilatları var. İşcilərin, çalışanların da əmək və digər hüquqları hər addımbaşı tapdanır. Müxalifət həmkarlarla işləməklə həm özünə böyük tərəfadar qazanar, həm də ölkə vətəndaşlarının hüquqlarının qorunmasının təminatçısına çevilər.
İqtidar müxalifətin dayaqlarını tam sıradan çıxartmağa çalışdığı kimi, müxalifət də eynən hakimiyyətin güvəndiyi və arxalandığı dayaqlara tədricən nüfuz etməyə çalışmalıdir. Heç kəsə sirr deyil ki, xalqdan aralı düşən, xalqın maraqlarını deyil, öz maraqlarını təmin edən, ambisiyalarını və çıxarlarını güdən iqtidarların əsas dayağı polis, hüquq-mühafizə və ədliyyə orqanlarıdır. Azərbaycanda da hüquq-mühafizə, ədliyyə və polisə bu qədər geniş səlahiyyət və qeyri-rəsmi imtiyazlar verilməsinin kökündə də məhz həmin amillər dayanır. O da aydındır ki, sadaladığım orqanlar da indiki durumdan heç də razı deyil və bu gedişat onları da qane etmir. Tutaq ki, polisə, ədliyyə işçisinə, hakimə, prokurora xoş deyil ki, insanların ah-nailəsini götürərək, onları soysun, cibinə girsin və üstünə də özü qoyub yığdığını yuxarılara ötürsün. Ona görə də cəmiyyətdə hüquq-mühafizə, ədliyyə və polis orqanlarına qarşı nifrət, kin, qəzəb deyil, inam, etibar, güvən aşılamaq lazımdır. Onlar da xalqın ayrılmaz bir parçasıdır və hakimiyyətin ağırlığını, yükünü bizi kimi, hətta bizdən artıq çəkirlər. Baxın görürsüz ortamı öz xeyrinə dəyişmək üçün müxalifət üçün çeşidli yollar var. Sadəcə düşünmək və insanları inandırmaq lazımdır ki, birlikdə ölkənin və vətəndaşların taleyini yaxşılığa doğru kökündən dəyişmək olar.
Yeri gəlmişkən, ötən əsrin 80-ci illərinin sonuna yaxın başlanan kütləvi etirazlar, ardınca xalq hərəkatının öz məqsədlərinə nail olmasında və kommunist rejimini böyük güzəştlərə getməsində Etibar Məmmədovun rəhbərliyi ilə həyata keçirilən tətil hərəkatı başlıca rol oynamışdır. Bu kimi təsiredici vasitələrə əl atmadan ciddi nəticələrə nail olmaq qeyri-mümkündür.
- Bəs E.Məmmədov nə vaxt siyasətə qayıdacaq?
- Mən bu barədə konkret heç nə deyə bilmərəm. Ancaq Etibar bəyin aktiv siyasətə qayıtmasını xalq tələb etməlidir. Bunun üçün də xalq fəallaşmalı, demokratiya və dəyişiklik uğrunda əzmkar mübarizəyə hazır olduğunu göstərməlidir.
- Prezident İ.Əliyev humanistlik göstərərək bir sıra addımlar atdı. O cümlədən bloqqer M.Hüseynova açılan yeni cinayət işinin icaarına xitam verildi, şəhid ailələrini qəbul etdi. Eyni zamanda onların problemlərinin həlli ilə bağlı fərmanlar və tapşırıqlar verdi. Müxalifət isə bu humanist addımları hakimiyyətin geriyə çəkilməsi kimi dəyərləndirdi. Siz necə düşnürsünüz...?
(ardı var)