İqtidara Xədicə İsmayılı zindandan buraxmağa məcbur edildi

Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsdən azad edilib. Qərarı mayın 25-də Ali Məhkəmə verib.

Jurnalistin kassasiya şikayətinə baxan Ali Məhkəmə ona mühakimə olunduğu maddələrdən ikisi – 179 və 308-ci maddələr üzrə bəraət verib. 192 və 213-cü maddələr üzrə isə ona verilən cəza 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunub.

Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.

Xədicə İsmayılova prosesdə iştirak etməyib.