Güney Azərbaycandan olan, təbrizli müğənni Məsud Əmir Sepehrin İranda konsert verməsinə qadağa qoyulub. Bu barədə "Yeni Müsavat”ın əməkdaşına açıqlama verən müğənni bildirib ki, "Türkvizyon 2014” mahnı müsabiqəsində iştirak etdiyi üçün ona qarşı bu addım atılıb:
"Müsabiqədə 25 ölkə arasında biz 8-ci yeri qazandıq. Vətənə geri döndükdən sonra bildirdilər ki, əmr verilib, bundan sonra səhnəyə çıxmaq, konsert vermək və rəsmi mərasimlərə qatılmaq mənə qadağan olunub. Qadağanın mahiyyətini tam anlaya bilmirəm. Hələ də başa düşə bilmirəm ki, hansı qeyri-qanuni hərəkətimə görə məni belə cəzalandırıblar”.
Azərbaycanlı müğənni onu da qeyd etdi ki, qadağaya baxmayaraq yaradıcılığını davam etdirəcək:
"Bu günəcən mənə qarşı belə addım olmayıb. Lakin göründüyü budur ki, artıq İranda fəaliyyət göstərə bilməyəcəm. Olanlara baxmayaraq musiqi fəaliyyətimi dayandırmayacam, konsertlərimi Avropada, Bakıda və s. yerlərdə təşkil edəcəm”.
Qeyd edək ki, ötən ilin noyabr ayında təbrizli müğənni Məsud Əmir Sepehrin rəhbərlik etdiyi "Barış” musiqi qrupu Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "Türkvizion” müsabiqəsinə qatılıb. Müsabiqədə qrup "Heydər baba” adlı rock mahnısı ilə çıxış edib. Məlumata görə İranda yaşayan türkləri Türkvizion 2014 müsabiqəsində təmsil etmək üçün üçü Tehran, biri isə Təbrizdən olmaqla, dörd musiqi qrupu arasında yarış keçirildikdən sonra "Barış” qrupu Tatarıstana getməyə nail olub.
Məsud Əmir Sepeh onu da bildirdi ki, qadağa qrupa qarşı deyil, yalnız onun özünə şamil edilib. /Yeni Müsavat/