21. 05. 2021-ci il tarixdə İrəvan Türk Cümhuriyyəti (İTC) nümayəndə heyətinin Kuzey Kıprız Türk Cümhuriyyəti Bakı nümayəndəliyi ilə görüşü keçirildi.
Görüşdə İTC-nin nümayəndə heyətinə rəhbərlik edən İTC Dövlət Şurasının sədri Paşa Həsənli KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri xanım Növber Ferit Veçhiyə İTC MŞ-nın başqanı hörmətli Qafar bəy Çaxmaqlının xoş arzularını çatdıraraq İTC-nin yarandığı vaxtdan görülən və görüləcək işlər haqqında geniş məlumat verdi. Qarşılıqlı görüş zamanı bir çox məsələlər müzakirə olundu. Müzakirələr zamanı hər iki dövlətin beynəlxalq hüquq çərçivəsində soydaşlarımıza qarşı törədilən deportasiyaların və öz həllini tapmayan bir neçə məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı. Görüşdə iştirak edən İTC rəhbərliyində yer almış İTC MŞ Katibliyin rəhbəri Qələndər Muxtarlı, İTC MŞ-nın müavini Əli Mustafa və İTC Mətbuat və İnformasiya Departamentinin rəhbəri Təbriz Musayev maraqlı təkliflərlə çıxış edərək görüşdən məmnun olduqlarını qeyd etdilər. Eyni zamanda xanım Növber Ferit Veçhi görüşümüzdən məmnun olduğunu bildirərək bundan sonra da keçiriləcək görüşlərin səmərəli olacağını qeyd etdi.
Millet