Kosovadakı 40-a yaxın bələdiyyədə, doğum sənədi, vətəndaşlıq,
nikah sənədləri albanca, serbcə və ingiliscə ilə yanaşı türk dilində də
verilməyə başlanıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə
görə, beləliklə, türkcə Kosovoda 4-cü rəsmi dil olub.
Məlumatda
qeyd edilir ki, kosovalı türklərin uzun illər sənədlərdə türk dilinin
tətbiq olunması istəyi qəbul edilib. Bu həftədən etibarən Kosovodakı
40-a yaxın bələdiyyədə, doğum sənədi, vətəndaşlıq, nikah sənədləri
albanca, serbcə və ingiliscə, eyni zamanda türk dilində də verilməyə
başlanıb.