Arzuxan Əlizadə: "Buna etiraz əlaməti olaraq növbəti il bu aksiyada Azərbaycan iştirak etməməlidir"
Moskvada hər il keçirilən ənənəvi "Ölməz alay" adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb. Aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıb. "Belarusskaya" metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb edib. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal toqquşmaya müdaxilə edib.
Eyni ilə aksiyada keşik çəkən polis və xüsusi təyinatlı polis dəstələrindən ermənilərin həmin bayrağı yığışdırması tələb olunub. Lakin polis buna məhəl qoymayıb. Ermənilərlə həmyerlilərimiz arasında mübahisənin qarşısını almaq üçün ermənilərin kolonu OMON-un müşayiəti ilə irəli buraxılıb. Aksiyanın azərbaycanlı iştirakçıları isə bir müddət gözlədilib, onların yürüşə qatılmasına gec imkan verilib.
Qeyd edək ki, "Ölməz alay" aksiyasında Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondunun nümayəndələri iştirak edib.
Göründüyü kimi, Rusiya, göz görə-görə, separatçıların Moskvada bu cür davranışına şərait yaradır. Halbuki, Azərbaycan İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə hörmət olaraq bu aksiyaya qoşulur. Yoxsa, Azərbaycanda onsuz da bununla bağlı tədbirlər keçirilir. Bütün hallarda, başqa dövlətin ərazisində belə təxribata imkan yaradılması nəyin göstəricisidir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, prinsipcə, Rusiyanın belə münasibət sərgiləyəcəyi gözlənilən idi: "Rusiya onsuz da Ermənistana müxtəlif formada dəstək verir və bu da onlardan biridir. Halbuki, Rusiya rəsmilərinin borcu idi ki, dərhal bunun qarşısını alsınlar. Ona görə ki, separatçı qurum heç bir dövlət, o cümlədən, Rusiya tərəfindən tanınmır. Ancaq "Ölməz alay" aksiyasında baş verən sözügedən xoşagəlməz hal bir daha göstərdi ki, Rusiya bunun qarşısını almaqda maraqlı deyil. Bu da təsadüfi deyil, ona görə ki, MDB məkanında separatçı ocaqların yaranmasında, mövcudluğunu indiyə qədər qoruyub saxlaya bilməsində Rusiyanın müstəsna rolu var. Məhz Rusiyanın dəstəyi sayəsində bir sıra respublikalarda belə separatçı qurumlar yarandı. Hesab edirəm ki, müvafiq qurumlar buna öz etirazını bildirməlidir. Həmçinin, rəsmi Moskvadan bununla bağlı izahat tələb olunmalıdır. Eyni zamanda, buna etiraz əlaməti olaraq növbəti il bu aksiyada Azərbaycan iştirak etməməlidir".