Azərbaycan Dillər Universitetində biabırçı hadisə baş verib. Universitetin tələbələrinə YAP-ın iclasında iştirak etmədikləri üçün töhmət elan edilib.
Bu barədə universitetin filologiya və jurnalistika fakultəsinin dekanı S.D.Vahabovanın imzaladığı əmrin fotosurəti sosial şəbəkələrdə yayılıb və sərt tənqidlərə məruz qalıb. Əmrdə fakultənin 14 nəfər III kurs tələbəsinin adı var. Göstərilir ki, həmin tələbələr YAP-ın 26.04.2016 tarixli iclasında iştiraka göndərildikləri halda, iclasda iştirak etmədikləri üçün onlara töhmət elan olunur.
Universitetin başqa dekanlıqlarında da tələbələrə YAP-ın iclaslarına görə töhmət verilib-verilmədiyi bəlli deyil. Amma universitetin Mətbuat Xidmətinin rəhbəri Şəfaqət Kazımovanın "Millət"ə verdiyi açıqlamaya görə, hadisədən rəhbərliyin xəbəri olmayıb:"Mətbuatda mənim fikirlərim də yanlış anlaşılıb.Mən iclasın çağrılacağını deməmişəm. Sənədi saxta olduğunu deyən S.Kazımova bəs saxta sənəd barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəkmi sualına isə bununla bağlı konkret heç nə deyə bilməyəcəyini söyləyib.
Sənəddə adı keçən dekan Sevda Vahabova ilə telefon bağlantımızda bildirdi ki, o, həmin sənəd barədə bu gün işə gələndə xəbər tutub: "Belə bir şey olamayıb. Kimlərsə saxtalaşdırma edib. İclas barədə də mənə heç kim heç nə deməyib."
Göründüyü kimi Universitet rəhbərliyi hər vəhclə sənədin saxta olduğunu bəyan edirlər. Hansısa sənədin saxtalaşdırılması hüquq məsuliyyət yaradır. Buyursunlar sübut etsinlər ki, sənəd saxtadır və buna görə də suclu cəzasını almalıdr. Bu sıradan bir hadisə deyil. Universitet rəhbərliyi sənədin saxtalığını sübut etməsə biz hüquq-mühafizə orqanlarına müraciət edərək məsələyə hüquqi qiymət verilməsini tələb edəcəyik.