Milli Şuranın Koordinasiya Mərkəzi mayın 26-da növbəti toplantısını keçirib. Toplantıda Milli Şuranın mitinqi ilə bağlı qərar qəbul olunub.
Milli Şura mayın 31-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Haklimiyyətinə müraciət etmişdi. BŞİH mitinqin mayın 30-da keçirilməsinə razılıq verildiyini bildirib.
Koordinasiya Mərkəzi BŞİH-in cavabını müzakirə edib və belə qərara gəlib ki, indiki şəraitdə əhaliyə öz etirazını ifadə üçün imkan yaradılmalıdır, buna görə də mitinqin BŞİH-in təklif etdiyi vaxtda - mayın 30-da keçirilməsi məqbuldur.
Milli Şuranın mitinq komitəsinin sədri Fuad Qəhrəmanlı azadliq.info-ya bildirib ki, mayın 30-da mitinqin keçirilməsinə qərar verilib və buna uyğun olaraq operativ hazırlıq işlərinə başlanıb.
Mitinq Bakının Yasamal rayonundakı Məhsul stadioununda saat 15:00-dan 17:00-a qədər olacaq.