Bu gün AMİP-in müvəqqəti Mərkəzi Qərargahında 31 dekabr Dünya Azərtbaycanlılarının Həmrəylik gününə həsr olunmuş "Həmrəylik – bütövlüyümüzə gedən yol” mövzusunda Dəyirmi Masa keçirilib. AMİP Mətbuat Xidmətindən "Millət"ə daxil olan məlumata görə, Şəhidlərimizin anımı ilə başlanan dəyirmi masanı AMİP Baş katibi Arzuxan Əlizadə açıb.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov birliyimizə və bütövlüyümüzə gedən yolun həmrəylikdən keçdiyini, bunun üçün bütün inciklikləri, səxsi və siyasi maraqqları kənara qoymağın vacib olduğunu deyib: "Dünya Azərbaycanlılarının həmrəylik günü rəsmi olaraq 1991-ci ildən qəbul edilsə də, tarixən xalqımızın həmrəyli sayəsində ən qəddar və böyük imperiyalara qalib gəlib. Öz qüdrətini və mütəşəkkilyini dəfələrlə sübut edib. Bu gün bizim daha çox birlikdə olmağımız vacibdir. Çünki ən ağır problemlərimizi, birliyimiz və bütövülüyümüzü bu yolla əldə edə bilərik”
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı çıxışında sərhəd hərəkatından danışıb və bu hərəkatın Azərbaycanın müstəqilliyi və həmrəyliyində oynadığı müstəsna rola diqqət yetirib.
Sərhəd hərəkatının rəhbərlərindən olan "Millətim” qəzetinin təsisiçisi Ramiz Tağıyev bildirib ki, Sovet İmperiyasının hədələrinə və təhdidlərinə baxmayaraq birləşməyə can atan xalq Araz çayı boyunca uzanan sərhəd xəttini sındırmaqla bütövlüyümüzə gedən yolu təmizlədi. Bu tarixin Azərbaycanın ən şərəfli tarixi kimi dərsliklərə alınmaması böyük təəssüf doğurur.
Böyük Azərbaycan Partiyasının Sədri Elşad Musayev qeyd edib ki, biz həmrəyliyimizə mane olan səsbəbləri araşdırıb aradan qaldırmalıyıq. Eyni zamanda Azərbaycanının etibarlı gələcyi üçün yüksək təhsilli, savadlı və müasir dünyagörüşlü nəsil yetişdirilməsinə nail olmalıyıq.
İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, itirilmiş torpaqlarımızı, İrəvanımızı, Qarabağımızı, Güneyimizi yenidən qazanmağımız üçün, Bütöv Azərbaycanımıza qovuşmaq üçün dünyanın bütün guşələrində olan soydaşlarımız birləşməli, fikirdə və ideyada həmrəy olmalıdır.
AMİP Mərkəzi Şurasının sədri, tanınmış alim Aydın Əliyev, Şəhid qızı, tanınmış teleaparıcı Könül Yusiqızı, Qadın Veteranları İB sədri Rada Abbas, tanınmış yazar Sərdar Əlibəylı, Türkiydə ilk ali təhsil alan məzunlardan Zülfiyə Günəş və digər natiqlər öz çıxışlarında milli həmrəyliyimizin vacibliyindən və bi isitiqamətdə olan pöroblemlərdən, onların həlli yollarından danışıblar.
Bu gün eyni zamanda AMİP Qərərgahında patiya rəhbərliyi və rayon təşkilatlarının fəal üzvlərinin iştirakı ilə həmrəylik günü qeyd olunub.