Rusiyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkası keçirilib.
Yarmarka çərçivəsində 30 ölkənin 300-dən çox nəşriyyatlarının elm, təhsil, sorğu-ensiklopedik, uşaq ədəbiyyatına dair kitablar, monoqrafiya, dərslik, metodik vəsaitlər və məruzələri, sənədli filmlər nümayiş olunub.
Yarmarka çərçivəsində 30 ölkənin 300-dən çox nəşriyyatlarının elm, təhsil, sorğu-ensiklopedik, uşaq ədəbiyyatına dair kitablar, monoqrafiya, dərslik, metodik vəsaitlər və məruzələri, sənədli filmlər nümayiş olunub.
Sərgidə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və Coğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduğu "Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitab da nümayiş etdirilib. Bölməsinin əməkdaşlarının sözügedən kitabı elmin və təhsilin inkişafında əhəmiyyətinə görə, Təşkilat Komitəsinin "Qızıl medal” mükafatına layiq görüb. Həmin nəşr Təbiətşünaslıq Akademiyasının ekspozisiyasında sərginin annotasiya olunan kataloquna salınıb və kitabın həmmüəllifləri sessiyada və sərgidə iştirak etmək üçün dəvət alıb.
Qeyd edək ki, kitabın mükafatı 9-13 oktyabr tarixində Rusiya Federasiyası Prezidentinin İşlər idarəsində keçiriləcək Rusiya Təbiət Elmləri Akademiyasının payız sessiyasında veriləcək. Sessiyada, həmçinin 38-ci Beynəlxalq Təhsil və Elmi-metodik nəşrlərin Sərgisi olacaq. Elm, təhsil və elmi-metodik nəşrlərin beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından böyük əhəmiyyəti olan həmin sərgidə "Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” kitabı, habelə kitabın rus və ingilis dilində geniş xülasəsinin dərc olunduğu kataloq da nümayiş olunacaq.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi