MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistanın bu gün Ermənistan-Azərbaycan sərhədindəki təxribatını dəstəkləyib.
N.Bordyujanın KTMT-nin rəsmi saytında yerləşdirilmiş rəsmi bəyanatında deyilir: "KTMT-ə üzv dövlət olan Ermənistanın ərazisindəki bu hərəkətləri təxribat sayırıq. Xüsusilə də Dağlıq Qarabağ Respublikasındakı (N.Bordyuja Dağlıq Qarabağdakı terrorçu rejimi belə adlandırıb, - red.) bu ilin aprel ayında ağır silahlar və ziriehli texnikadan istifadə ilə ağır insidentin fonunda yolverilməz hadisədir. Sanırdıq ki, hər iki tərəfin səyləri, habelə bir sıra dövlətlərin liderlərinin addımlarını nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi nəhayət ki, sürətlənəcək. Lakin son vaxtlar regiondan gələn və atəşkəs rejimi ilə bağlı anlaşmaların mütəmadi pozulmasına dəlalət edən xəbərlər, xüsusilə də dekabrın 29-da hərbçilərin ölümünə səbəb olmuş növbəti insident ciddi nigaranlıq yaradıb".
N.Bordyujanın fikirlərinə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, bu cür açıqlamaların verilməsinin özü təxribatdır:
"Rusiya ilə Azərbaycan arasında sıx münasibətlər görünür ermənipərəst dairələri ciddi narahat etməkdədir. KTMT-nin baş katibinin də məqsədi təkcə işğalçıya haqq qazandırmaq, onu həvəsləndirmək deyil, eyni zamanda Rusya-Azərbaycan münsibətlərinə xələl gətirməkdir. Nə rəsmi Moskva, nə də dünya birliyi Dağlıq Qarabağ adlı hansısa müstəqil dövlət tanımayıb, Bordyujanın separatçı rejimi "dövlət” adlandırması təmsil etdiyi dövlətin, həmçinin təşkilatın maraqlarına və siyasətinə tamamilə ziddir. Bu baxımdan da N.Bordyujanın fikirlərini onun şəxsi fikirləri kimi qəbul edirəm. Həm də ona görə ki, Rusiya özü də indiki vaxtda Ermənistanın təxribatı ilə regionda stabilliyin pozulmasına, münaqişənin alovlanmasına razı ola bilməz və buna imkan verməz. Moskva Azərbaycanı birmənalı surətdə həmişə dəstəkləyən Türkiyə ilə də, Bakı ilə də münsibətlərinin pozulamsını istəməz. Bu Moskvanın planlarına heç uyğun deyil.
KTMT Baş Katibi erməni diasporasının təsiri altındadır. Ona görə də nə münaqişəyə, nə də baş verən son hadisələrə, ermənilərin təxribatlarına, destablizasiyaya yol açan əməllərinə obyektiv qiymət verə bilmir”.
AMİP yetkilisi onu da vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya özərinə götürdüyü öhdəliyinin indiyədək əleyhinə addım atıb:
"Beynəlxalq aləmdə düzənin və şərtlərin dəyişməsini nəzərə alaraq heç olmasa bundan sonra beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq regionda və dünyada öz nüfuzunu və imicini düzətməyə çalışmalıdır. Belə məsuliyyətsiz rəsmilərin bu cür birtərəfli, təxribatçı və hədələyici tonda danışması əksinə Rusiyanın özünün əleyhinə yönəlir. Azərbaycan hər cür təxribatın qarşısını almalıdır, almaqda da davam edəcək. Moskva Rusiyanın indiyədək Cənubi Qafqazda qala bildiyini təmin etdiyinə, gərginlik və müharibənin yenidən alovlanmamasına görə Azərbaycan iqtidarına minnətdar olmalıdır. Əgər Dağlıq Qarabağ münaqişəsinin dondurulmasına hesablanan siyasət nə qədər uzun davam edərsə, aprel hadisələri və ondan da dağıdıcı hərbi əməliyyaytların baş verəcəyi ehtimalları daha da artmaqdadır”. /moderator.az/