Spikeri Abşeron RİH-də Abşeron rayon icra başçısı deyil, Zakir Fərəcov qarşılayıb yola salır
Dünən saat 12:00 radələrində Abşeron rayon İcra Hakimiyyətində, 45 saylı seçki dairəsindən namizədliyi YAP tərəfindən irəli sürülmüş Milli Məclisin sədri Oqtay Əsədovun iştirakı ilə fövqalədə toplantı keçirilib. Əldə etdiyimiz məlumata görə toplantıda icra strukturlarının səlahiyyətliləri, büdcədən maliyyələşən dövlət qurumlarının rəhbərləri, məktəb direktorları, bələdiyyə sədrləri, məntəqə komissiyalarının sədrləri, "yüzbaşılar” la bərabər, "minbaşılar” da iştirak ediblər.
Maraqlıdır ki, Oqtay Əsədovla keçirilən görüşdə Sumqayıta yeni təyin olunmuş icra başçısı Zakir Fərəcov da iştirak edir. Hətta, spikeri Abşeron RİH-də Abşeron rayon icra başçısı deyil, Zakir Fərəcov qarşılayıb yola salır. Qaynağımızın bildirdiyinə görə, görüşdə məqsəd, seçicilərlə bağlı Oqtay Əsədovun son tapşırıqlarını vermək olub.
Məlumatın həqiqiliyini təsdiqləmək üçün, qeyd olunan dairədən namizədliyi AMİP tərəfindən irəli sürülmüş Təbriz Musayevlə əlaqə saxladıq. O, qeyd etdi ki, doğurdan da belə bir görüş olub: "Şəxsi kanallarımla öyrəndim ki, Milli Məclisin sədri Oqtay Əsədov seçkilərlə bağlı Abşeron rayon İcra Hakimiyyətinə gəlib və hətta, icra hakimiyyətinin qarşısında qoyulan vəzifələrin öhdəsindən gəlməməkdə, o, bir neçə nəfəri də suçlayıb. Görüşdə iştirak edənlərə son dərəcədə iradlarını bildirərək, onları sərt tənqid də edib.
"Gündəm Xəbər”