2015-ci ilin başa çatmasına artıq iki gün qalıb. Növbəti ilin gəlişi ilə bütün sahələrdə olduğu kimi, siyasi arenada da 2016-cı ildə hansı işlər görüləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Modern.az saytı növbəti ildə müxalif partiyaların fəaliyyətlərini hansı şəkildə davam etdirəcəklərini öyrənməyə çalışıb.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə ölkədə fəaliyyət göstərən digər siyasi partiyalar ilə əməkdaşlıq haqqında danışıqlar layihəsinin hazırlandığını və partiyanın bu istiqamətdə fəaliyyətini davam etdirməyi nəzərdə tutduğunu deyib: "İndiki şəraitdə ölkədə çox ciddi iqtisadi və siyasi böhran gözlənilə bilər. Belə olduğu halda, ölkənin bu böhrandan çıxarılması, öz bütövlüyünü qoruyub saxlaması üçün fəaliyyət göstərən bütün siyasi qüvvələrin bir araya gələrək məsləhətləşmələr aparması və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi olduqca zəruridir. Bunun üçün digər siyasi partiyalarla birlikdə öz fəaliyyətimizi davam etdirməyi düşünürük. Eyni zamanda, 2016-cı ildə partiyanın Şərq tərəfdaşlığı ölkələri ilə bağlı tədbirləri də gözlənilir. Qarşıdakı ildə köhnə əlaqələr davam etdirilməklə yanaşı, yeni əlaqələrin qurulması ilə bağlı bir sıra layihələrin də həyata keçirilməsi nəzərdə tutulub ”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 2016-cı ilin sürprizlərlə dolu bir il olacağı fikrindədir: "İndidən plan tutmaq mümkün deyil. Çalışacağıq ki, ölkədə böhran prosesinin qarşısını alacaq ideya və təkliflər verək. Mümkün qədər hakimiyyətlə əməkdaşlıq edib Azərbaycanın böhran vəziyyətindən asanlıqla çıxa bilməsi üçün çalışacağıq. Məncə, heç bir partiya 2016-cı ildə planlı şəkildə iş görə bilməyəcək.
Çünki Azərbaycanda hadisələr əvvəlki illər kimi stabil istiqamətdə inkişaf etməyəcək. Hər dəqiqə, hər an mövcud vəziyyətin nəzarətdən çıxması gözlənilir. Şərait o qədər ağırlaşır ki, camaat artıq idarə olunmaz hala gəlib çıxa bilər. Biz də ona görə plan tutmuruq, sadəcə olaraq, hadisələrin üzərində düzgün siyasət aparmağa çalışırıq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın siyasi quruculuq, vətəndaşların partiya sıralarında birləşməsi, o cümlədən, yeni nəslin siyasətə gəlməsi və digər məsələlər istiqamətində partiyanın işini davam etdirməyi düşündüyünü deyib. Onun sözlərinə görə, 2016-cı ildə partiya həm də cari məsələlərin həll edilməsi istiqamətində də öz işlərini davam etdirəcək, gündəlik hadisə və ictimai-siyasi proseslərin hər zaman içində olacaq.
Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyanın 2016-cı il üzrə fəaliyyət proqramının hazırlandığını bildirib: "Divanın ilk iclasında əlavə dəyişikliklərlə birlikdə proqram yenidən qəbul olunacaq. Ən geci yanvarın 10-a qədər Müsavat Partiyasının 2016-cı il üzrə fəaliyyət istiqamətlərini əhatə edən sənəd mətbuatda yayılacaq. Proqram ölkədəki iqtisadi, siyasi böhrandan çıxış yollarını və böhranın təhlilini əhatə edir. Bu sənəd Müsavat Partiyasının 2016-cı il üzrə hansı istiqamətdə fəaliyyət göstərəcəyini bir növ əks etdirəcək”.
AXCP-nin sədr müavini Nurəddin Məmmədli siyasi Azərbaycan qanunlarının imkan verdiyi bütün vasitələrdən istifadə edərək partiyanın fəaliyyətini davam etdirəcəyini söyləyib: "Hakimiyyətin bizə yönəlik təzyiqləri nəticəsində bir sıra imkanlardan məhrum edilmişik. Amma buna baxmayaraq, biz öz fəaliyyətimizi davam etdirəcəyik. İlk növbədə, ölkədəki vəziyyətin dəyişdirilməsi istiqamətində təhlillər aparacağıq. Son zamanlar devalvasiya ilə bağlı əhalinin demək olar əksəriyyəti iqtisadi çətinliklə üz-üzədir. Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı konsepsiyasının olmamağını nəzərə alaraq, AXCP sədri Əli Kərimli özünün konsepsiyasını açıqladı.
Hazırda həmin konsepsiya əsasında proqram üzərində işlər gedir və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Gələcək fəaliyyətimizdə nəzərdə tutulan məsələlərdən biri də partiyanın təşkilatlandırılmasıdır. Bu istiqamətdə fəaliyyətimiz olduqca uğurludur.
Hər gün onlarla Azərbaycan vətəndaşı partiya sıralarına qoşulur. Eyni zamanda, biz beynəlxalq əlaqələrimizi də gücləndiririk. Hər il olduğu kimi, bu il də partiyamızın növbəti il üçün fəaliyyət istiqamətləri müəyyən olunub və partiya ona uyğun olaraq fəaliyyətini davam etdirəcək”.