Oktyabrın 7-də Parisdə Fransanın xarici işlər naziri Loran Fabius Ermənistandan olan həmkarı Edvard Nalbandyanla görüşüb.
"Millət" Ermənistan KİV-nə istinadla xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar müzakirə edilib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın atdığı addımları dəstəkləyib.
Hər iki ölkənin XİN rəhbəri Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonuna Parisdə nəzərdə tutulan görüşü barədə məsələlərə də toxunub.
Qeyd edək ki, görüşün Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə reallaşacağı gözlənilir.