Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin məzunu olan sinif yoldaşım illər öncə maraqlı bir hadisə danışmışdı.
Dediyinə görə, hər il diplom müdafiəsində Daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edirmiş və hündurboy məzunları DİN-ə işə götürürmüş.
Dostumun da müdafiə etdiyi gün Ramil müəllim müdafəiəyə qatılır.
Qısaboylu bir tələbə diplom işi ilə bağlı çıxış edir. Çıxış bitəndən sonra cənab nazir özü tələbəyə bir neçə sual ünvanlayır və ard-arda düzgün cavablar alır. Tələbənin hazırcavablığı Ramil Usubovu qane edir.
Cənab nazir gülümsəyərək, «Görünür, savadlı oğlansan, amma heyif ki, boydan kasadsan», - deyir. Onun bu sözü zalda gülüşə səbəb olur. Amma hazırcavab tələbə «Cənab nazir, Siz də hündürboy deyilsiz, amma ən yüksək kürsüdə əyləşmisiz», - deyir.
Zala sükut çökür. Ramil müəllim gülümsəyərək cavab verir: «Sən ki, həm savadlı, həm də belə cəsarətlisən, DİN-nin ən yaxşı şöbələrinin birində işləməlisən».
Dostumun dediyinə görə, nazirin göstərişi ilə həmin tələbə həqiqətən də DİN-nin prestijli idarələrindən birinə işə götürülür...
15 ildən çoxdur ki, junralistika ilə məşğulam, hələ indiyə kimi bir məmuru tərifləməmişəm. Hətta tərifə layiq olan məmurla bağlı xoş söz yazmağı belə özümə rəva bilməmişəm. Əslində, yaxşı işi də yazmaq lazımdır, lakin əlimdən gəlmir, nə edim?
Ən azı 10 nazirin adı ilə bağlı köşə yazmışam. Amma tənqid hədəfimdə olan nazirlər sırasında Ramil Usubov olmayıb. DİN-lə bağlı tənqidi yazılarım olub, amma Usubovu heç vaxt köşəmin hədəfi seçməmişəm.
Yazının əvvəlindəki qeydlərimi də elə-belə yazmadım. Ramil Usubovla bağlı bu kimi hadisələri çox eşitmişəm. Onun şəhid ailələrinə, Qarabağ qazilərinə, döyüşçülərə, hətta məcburi köçkünlərə xüsusi qayğı göstərməsi, onlara həssas yanaşması barədə onlarla söhbətin şahidi olmuşam. Bu səbəbdən də ona qarşı fərqli münasibətim olub.
Amma bu günlərdə üzləşdiyim bir məsələ məni ciddi şəkildə narahat etdi.
Deməli, 20 Yanvar - Hüzn Günündə Sumqayıt şəhər yol polisi əməkdaşları əmim, keçmiş döyüşçü, ehtiyata buraxılmış baş gizir Bakir Məmmədova qarşı kobudluq və qanunsuzluq edib. Həmin gün səhər Sumqayıt Şəhidlər Xiyabanına ziyarətə gedərkən (Hər il bütün qohumlar atamın Şəhidlər Xiyabanındakı məzarını ziyarətə gəlirlər - Z.Ə.) yol polisi tərəfindən saxlanılıb. DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Şamil Aslan oğlu Aslanov heç bir əsas olmadan onu cərimələyib. Ən pisi isə odur ki, əmimin uzun illər döyüşdüyünü, şəhid ziyarətinə gəldiyini, üstəlik, 20 Yanvar - Hüzn Günündə cərimələyib.
Bu barədə demək olar ki, əksər media qurumlarında yazı gedib. Sosial şəbəkələrədə müzakirələr aparılıb, rəylər yazılıb. Hətta əmimin adından DİN-in saytında nazirə müraciət də ünvanlanıb. Amma bu məsələ ilə bağlı hər hansı araşdırma aparılmır...
Cənab general, təəssüflə qeyd etməliyəm ki, tabeliyinizdə olanlar bəzi məsələlərdə Sizdən nümunə götürmürlər. Ömrünün 25 ilini bu vətənə xidmətdə keçirən ümummilli hüzn günündə, şəhid ziyarətinə gələn döyüşçüyə qarşı edilən haqsızlıq cəzasız qalmamalıdır.
Biz Vətənimizə, Dövlətimizə, qanunlarımıza sadiq bir nəsilik. Amma Siz də razılaşın, elə dəyərlər var ki, onlara qiymət verilmədən nə Vətən, nə Dövlət, nə də Qanun olar…