Əli Mahmud: "Bu halı kəskin pisləyirəm və bunu beynəlxalq qanunlara, eləcə də insanlığa zidd hərəkət sayıram”
Əli Orucov: "Alfortvile şəhərinin işğal altında olan Laçınla "qardaşlaşması” cox ciddi pozuntudur”
Ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında ağılagəlməz işlər görürlər. Onların beynəlxalq qanunlara, konvensiyalara zidd olan bu hərəkətləri o qədər çoxdur ki, sadalamaqla bitməz. Separatçı rejimin əli ilə Azərbaycan torpaqlarında həyata keçirilən qanunsuz əməllərdən biri də şəhərlərimizin Avropa dövlətlərinin şəhərləri ilə "qardaşlaşması” məsələsidir.
Bu günlərdə Fransanın Alfortvile şəhəri ilə erməni işğalı altında olan Azərbaycan şəhəri Laçının "qardaşlaşması” haqqında məlumat yayılıb. Məlumata görə, separatçı rejimin rəhbəri Bako Saakyan Fransaya səfəri çərçivəsində bu "razılaşmanı” imzalayıb. Bundan əlavə, Fransada "Qarabağ günləri”nin keçirilməsi qərara alınıb.
Qeyd edək ki, bu, ermənilər tərəfindən həyata keçirilən ilk belə qanunsuzluq deyil, bundan əvvəl də işğal altında olan şəhərlərimizdən birinin Avropa şəhərlərindən biri ilə "qardaşlaşdığı” bəyan edilib.
Onu da bildirək ki, ermənilərin işğal altında saxladıqları Azərbaycan şəhərlərinin Avropa şəhərləri ilə "qardaşlaşmasını” Avropanın özündə də pisləyirlər. Belə ki, Fransanın Konyak şəhərinin meri ölkənin Alfortvile şəhərinin erməni işğalı altında olan Laçınla (erməni adı Berdzor) qardaşlaşmasını pisləyib.
Mer Mişel Qurinşa "Report”un Fransa bürosuna açıqlamasında belə bir xartiyanın imzalanmasını böyük səhv adlandırıb: "Mən Fransanın Alfortvile şəhəri ilə Berdzor (Laçın) arasında qardaşlaşma xartiyasının imzalanmasını çox böyük təəccüblə qarşıladım. Hesab edirəm ki, belə bir sənədin imzalanması böyük bir səhvdir. Bu şəhər münaqişə zonasında, hətta demək olar ki, müharibə vəziyyətində olan bir ərazidə yerləşir. Biz sənədlərə imza atarkən belə vacib məsələlərə məsuliyyətlə yanaşmalıyıq. Biz ikitərəfli münasibətlərin inkişafına ünvanlanmış sənədləri imzalamazdan qabaq vəziyyəti hərtərəfli öyrənməli, bu münasibətlərdə üçüncü tərəfin olmadığına əmin olmalıyıq. Berdzor şəhəri ilə belə bir sənədin imzalanması yolverilməzdir. Çünki bu şəhər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində, Dağlıq Qarabağda yerləşir”.
Separatçı rejimin özbaşınalığını və işğalda saxladıqları Azərbaycan şəhərlərinin Avropa şəhərləri ilə "qardaşlaşmasını” pisləyən "Qarabağa aparan yol” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Əli Mahmud "Bakı-Xəbər”ə açıqlamasında bu halın beynəlxalq qanunlara zidd olduğunu bildirdi: "Ermənilər uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında qanunsuz əməllər törətməklə məşğuldurlar. Laçın Azərbaycan şəhəridir. Amma erməni işğalı nəticəsində orada bir nəfər də olsun azərbaycanlı qalmayıb. Onları öz yurdlarından erməni separatçıları didərgin salıb, nə qədər insan şəhid olub, əsir düşüb. Separatçıların rəhbəri özbaşına gedib Azərbaycan şəhərini Fransanın şəhəri ilə "qardaşlaşdırır”. Bu halı kəskin pisləyirəm və bunu beynəlxalq qanunlara, eləcə də insanlığa zidd hərəkət sayıram. Bir laçınlı kimi tələb edirəm ki, bu qanunsuz əmələ beynəlxalq qurumlar göz yummasınlar. Azərbaycanlıların doğma şəhərinə dünyanın ayrı-ayrı yerindən, o cümlədən də Suriyadan ermənilər köçürüb gətiriblər. Bunu Fransa dövləti də bilir, başqa dövlətlər də. Fransa həmsədr dövlət kimi barışdırıcı mövqe tutmaq əvəzinə, belə qanunsuz işlərə rəvac verir. Bəs onda onun həmsədrliyi nə oldu? ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa öz mövqeyini ermənilərin, separatçı rejimin tərəfdarı olaraq göstərir. Qondarma rejimin rəhbəri Fransaya gedir, onu gül-çiçəklə, təntənə ilə qarşılayırlar, hələ üstəlik onunla "qardaşlaşma” sənədi imzalayırlar. Bu məsələ ilə bağlı mövqeyim həddən artıq mənfidir. Erməni ordusunun işğal etdiyi şəhərin Fransa şəhəri ilə "qardaşlaşması” nə deməkdir? O deməkdir ki, Fransa erməni separatizmini dəstəkləyir. Qondarma rejimin əməllərinə göz yummaq olmaz. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bako Saakyanın Fransa səfəri ilə bağlı Azərbaycan dövlətinin mövqeyini çox aydın və dəqiq şəkildə ifadə edib. O, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərində yaradılan qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin fikirlər bildirib, etirazını çatdırıb.
İşğal altında olan torpaqlarımızda ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Bir laçınlı kimi orada baş verənlər məni çox incidir”.
Politoloq Əli Orucov da bizimlə söhbətində hadisəni pislədiyini bildirdi: "Qərbin separatizmi və terrorizmi dəstəkləməsi bu gün dünyanın özünü təhlükəyə məruz qoyub. Fransa da daxil olmaqla, bu cür yanaşma yeni münaqişə və gərginlik ocaqlarının yaranmasına rəvac verir. Bu dövlət həm BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun üzvü kimi həm dünyada, həm də regionda sülhün və təhlükəsizliyin qorunmasında birbaşa məsuliyyət daşıyır. Lakin rəsmi Paris nə BMT Nizamnaməsinə, nə də ATƏT-in mandatına hörmət göstərir, işğalçıya dəstək verir. Bu dəstəyi həm siyasi, həm texniki, həm maliyyə və sair formada həyata keçirir. Fransa parlamentinin üzvləri və digər rəsmi şəxsləri işğal edilmiş Azərbaycan ərazilərini su yoluna döndəriblər”.
İşğal altında olan Azərbaycan şəhərinin Fransa şəhəri ilə "qardaşlaşması” barədə sənədin imzalanmasına gəlincə, Ə.Orucov bunun çox ciddi qanun pozuntusu olduğunu vurğuladı: "Alfortvile şəhərinin işğal altında olan Laçınla "qardaşlaşması” cox ciddi pozuntudur. Bu, beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir. Hesab edirəm, Azərbaycan bu qanunsuzluğa və Fransanın terrorçulara və işğalçılara açıq dəstəyinə çox sərt reaksiya verməlidir. Biz müdafiə və xahişlə deyil, sərt tonda və tələb formasında çıxış etməliyik. Fransaya qarşı analoji addım atılsa, bunu əsla qəbul etməz və bu, müharibə anlamı verər”.