MŞ rəhbərliyinin mövqeyindən aydın olur ki, onlar seçkidə iştirak edənlərə qarşı şantaj kampaniyasına başlayacaqlar
Ötən həftə Milli Şuranın sessiyasında payızda keçiriləcək parlament seçkiləri məsələsi müzakirə edilib. Qurumun sədri Cəmil Həsənli çıxışında deyib ki, hazırda seçkilərin keçirilməsi üçün minimum şərait yoxdur.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, hər şey əvvəldən bəlli olan seçkidə iştirak etməyəcəklər. AXCP sədri Milli Şura olaraq sessiyadan sonra cəmiyyətə və hökumətə çox aydın şəkildə mesajlar verilməsini, sessiyanın nəticəsi olaraq, Milli Şura Koordinasiya Şurasına qurumun seçkiyə münasibətini ifadə edən sənəd qəbul etməsini təklif eləyib.
Bir sıra siyasi təhlilçilər hesab edir ki, Milli Şuranın rəhbərliyi bununla əslində seçkiləri boykot edəcəklərinin, seçkidə iştirak edəcək digər müxalif qüvvələri isə "nəticəsi əvvəldən bəlli olan seçkiyə demokratik don geyindirən satqınlar” adlandıracaqlarının anonsunu vermiş olublar.
Seçkiləri boykot etmək məsələsinə digər müxalif partiyaların münasibətinə gəlincə, Milli Şuradan kənarda olan partiyalar boykot mövqeyini dəstəkləmirlər.
Məsələn, AMİP sədri Yusif Bağırzadə də rəhbərlik etdiyi partiyanın seçkidə iştirak etməmək mövqeyini dəstəkləmədiyini, seçkidə iştirak etmək qərarının olduğunu bildirdi: "AMİP-in 1 noyabr parlament seçkilərində iştirak etməklə bağlı bir neçə ay öncə verilmiş qərarı var. Biz seçkilərdə iştirak edəcəyik. Şübhəsiz ki, Azərbaycanda demokratik seçki mühiti yaradılmalıdır, seçkilərdə bütün partiyalara bərabər seçki rəqabəti imkanı yaradılmalıdır. Seçki Məcəlləsinə də dəyişikliklər edilməlidir. Bütün bunlar barədə hakimiyyət təmsilçisi Əli Həsənovla siyasi partiyaların rəhbərlərinin görüşündə də fikirlərimizi bildirmişik. Milli Şura boykot mövqeyinə köklənirsə, bu da onların mövqeyidir”
AXP sədri Pənah Hüseyn "Yeni Müsavat”a bildirib ki, rəhbərlik etdiyi partiya iyulun 25-də keçirilən qurultayında seçkilərdə qeydsiz-şərtsiz iştirak barədə qərar verib. "Nəticəsi əvvəlcədən bəlli olacaq seçki adlı tamaşada rol almağa hazırlaşmırıq, hər şeyi əvvəldən bəlli olan seçkidə iştirak etməyəcəyik” kimi bəyanatlar da məlum mövqedir: "Bu bəyanat ilk baxışda sadə və məntiqli görünür. Lakin mən fərqli düşünürəm və bu məsələ barədə fikirlərimi hələ keçən ilin payızından İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzində ”Qeyri-demokratik, azad olmayan və ədalətsiz şəraitdə müxalifətin seçkilərdə iştirakının siyasi mahiyyəti, məqsədi və perspektivləri haqqında" adlı məruzədə şərh etmişəm.
Sözün doğrusu, mən qurultayda çıxış edərkən Milli Şuranın seçkilər mövzusunu müzakirə edəcəyindən məlumatsız idim. Lakin qurultaydakı çıxışımda ifadə etdim ki, müxalifətin əhəmiyyətli kəsimi bu seçkiləri boykota meyllənə bilər. AXP-nin öz qurultayında seçkilərdə iştirak barədə siyasi qərar verməsinin bir məqsədi də ondan ibarətdir ki, demokratik düşərgənin bu seçkiləri boykot mövqeyinə keçməməsinə təsir göstərsin.
Seçkilərdə iştirak, iqtidarla seçki məsələlərində siyasi saziş və razılaşmalar təklifi insan hüquq və azadlıqları uğrunda, hazırda bunun Azərbaycanda simvolu, işarəsi də qeyd-şərtsiz siyasi məhbus, siyasi təqib qurbanlarına münasibətdən ibarətdir, vaz keçmək ola bilməz".
Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirdi ki, hələlik Milli Şuranın seçkilərlə bağlı yekun qərarı yoxdur. Sonuncu sessiyada sadəcə çıxışlar olub: "Bütövlükdə rəsmi qərar olanda biz ona rəsmi münasibət bildirərik. Müsavat Partiyasının isə parlament seçkilərində iştirakla bağlı Məclis tərəfindən qəbul edilmiş qərarı var. Qərar Müsavatın seçkidə partiya olaraq iştirakını nəzərdə tutur. Bu qərardan irəli gələn istiqamətlər yönündə də fəaliyyətimizi davam etdiririk. İndiyə qədər 70-dən artıq seçki dairəsi üzrə namizədlərimizin ilkin siyahısı bəllidir. Avqust ayı ərzində prosedurlar üzrə işlər yekunlaşacaq. Avqust ayı və yaxud sentyabrın əvvəli partiyanın Məclisində seçki dairələri üzrə kimlərin namizədliyinin irəli sürülməsi Məclisin qərarı ilə təsdiq olunacaq. Yəni Müsavat Partiyasında seçkiyə getməmək məsələsi müzakirə mövzusu deyil. Seçkidə iştirak etməklə bağlı yekdil qərar var. Müsavat Partiyasının siyasi iradəsi mütləq seçkidə iştirakdır”.