Növbəti səyyar qəbul Aşağı Seyfəlidə keçirildi
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Aşağı Seyfəli kəndində sakinlərlə səyyar qəbul keçirib.
Sakinlərlə görüşdə rayon rəhbəri regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
Rəşad Tağıyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Daha sonra fərdi şəkildə müraciət etmək istəyən sakinlər dinlənilib və qaldırdıqları məsələlər müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.
Millət