Siyasi məhbus üzərindən siyasi alver

"Siyasi məhbuz problemi Azərbaycanda ən aktual problemlərdən biri olaraq qalır. Bu amildən iqtidar siyasi alver kimi istifadə edir”.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov Cebhe.infoya açıqlamasında belə deyib. Ə.Orucovun sözlərinə görə, son əfv sərancamında da bir daha aydın oldu ki, hakimiyyət vicdan məhbusu hesab edilən məhbusları mərhələ-mərhələ uzun fasilərlə azad etməklə divident qazanmaq istəyir: "Bu sərəncam da yarımçıq sərəncam oldu. Siyasi məhbusların çoxu yenə məhbəsdə qaldılar. Avropalılar da Amerkalılar da hakimiyyətin siyasi məhbuslar məsələsinə məqsədli yanaşmasının fərqindədir. Bir yandan bunu müsbət qiymətləndirsələr də, eyni zamanda tələblərində də qalırlar. Digər tərəfdən insanları günahsız yerə həbs edib, bir müddətdən sonra minnətlə azadlığa buraxmağın özü də qeyri-humanist yanaşmadır.

Odur ki, hakimiyyətin maraqları üçün istifadə etdiyi siyasi məhbus problemindən bir alət kimi istifadəni artıq Qərb müsbət qarşılamır. Bu baxımdan Qərblə əlaqələrdəki soyuqluğa həlimlik gətirilməsinə, bu amilin təsir göstərəcəyi az ehtimal olunur. Azərbaycan iqtidarından demokratik dəyərlərə sayğı göstərməsi və üzərinə götürdüyü öhdəliklərə əməl edilməsi ilə bağlı tələblər qüvvədə qalacaq”.