Sülh prosesi əhəmiyyətsiz və faydasızdır

Dağlıq Qarabağda terrorçuların keçirdikləri "parlament seçkiləri" beynəlxalq huquqa və prinsiplərə zidd olduğundan bu seçki oyunu dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq tanınmayacaq.

Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Oruclu SalamNews-a bildirib ki, Azərbaycan bu "seçki"ləri qeyri-qanuni elan edib: "Yəqin ki, bundan sonra da lazımi addımlarını atacaq. Məsələ "seçki" şousunda deyil. Məsələ ondadır ki, bununla ermənilər dünya ictimaiyyətinə, beynəlxalq hüquq normalarına hörmətsizliklərini bir daha ortaya qoymuş oldular, eyni zamanda problemin dinc nizamlama yoluna nöqtə qoydular. Yəni göstərdilər ki, sülh prosesi əhəmiyyətsiz və faydasızdır."

AMİP rəsmisi hesab edir ki, Azərbaycan alternativ variantı tezliklə işə salmasa, "bu münaqişə həll edilməyəcək".