Tarixi təhrif etmək olar, amma dəyişdirmək mümkün deyil

 İki gün öncə “Etibar Məmmədov fenomeni: Tarixi gerçəkliklər və ciliz iddiaların iflası” başlıqlı yazdığım məqalə bəzilərini çox tədirgin etmiş,  törətdikiləri əməllərindən peşiman olmaq əvəzinə, həmişəki kimi heç bir fakta, dəlilə söykənmədən özlərinə bəraət qazandırmağa uğursuz cəhd göstərir. Bəri başdan deyim ki, yazının müəllifi olaraq mən heç bir “həqiqətlərdən və siyasi etikadan kənar hallara yol” verməmişəm. Əksinə həqiqətləri və siyasi etikanı üstün tutaraq tarixi faktları, prosseslərin qısa xronologiyasını, baş verən gerçəklikləri, həmçinin həmin proseslərdə iştirak edən mənfi personajların xarakter və oynadıqları rolları xatırtlatmağa çalışmışam. Çünki son dövrlər Etibar Məmmədova qarşı başladılan qərəzli və iftira kampaniyası aparanlar  fəallaşaraq, cəmiyyətin çaşdırmağa, gənc nəsli yanlış məlumatlandırmağa təşəbbüs etməkədirlər. Arif Hacılıdan və onun adamlarından da fəqrli olaraq sosial media hesabındakı paylaşımlarda və şərhlərdə hər hansı bir təhqirə, aşağılamalara, söyüşlərə və digər neqatif hallara yol verilməyib. Bu həm də mənəviyyatın, alınan tərbiyənin, cilizlığın və arqumentsizliyin əyani göstəricisidir.

Bir daha vurğulamaq istərdim ki, 4 iyun 1993-cu il Gəncə qiyamı nəticədir.

AXC-Müsavat iqtidarının iqtidarsızlığının, səriştəsizliyinin, yarıtmaz idarəçiliyinin, hakimiyyətdaxili didişmələrinin və yürütdü siyasətin səbəblərindən doğan məntiqi sonluq idi. Belə bir hadisələrin bir ay gec, ya tez olacağı labüd idi.  Etibar Məmmədovu suçlamaq, ona qarşı ağılasığmaz ittihamlar səsləndirmək təkcə absurd deyil, həm də dövlət idarəçiliyini, siyasəti, bilməkəkdir, nadalıqdir. Ölkənin böhrana və uçuruma aparıldığı barədə E.Məmmədov müxalifət lideri kimi dəfələrlə xəbərdarlıqlar edib, bunun qarşısının alınmasının yollarını da göstərib. AMİP-in və sədrinin günahı deyil ki, AXC-Müsavat hakimiyyəti azdığı yolundan düz yola qayıtmadı, irad və tənqidləri süngü ilə qarşıladı,  göləri ayaqlarının altını görmədi. Vəzyyəti o həddə gətirib çatdırdılar ki, nəinki xalq, A.Hacılının meydanda səsləndirdiyi  razılığını aldıqları 7 xarici dövlətədən heç biri, hətta Türkiyə onları müdafiə etmədi. 

4 iyun hadisələrində ən doğru və düzgün mövqeyi  Etibar Məmmədov seçdi.  O, bir daha dövlətçiliyə və xalqın maraqlarını qorumağa sadiqliyini sübut etdi. Proseslərin xaosa çevrilməsinin, dağdıcı və geniş miqyasda yaılmasının, hakimiyyət boşluğunun yaranmasının qarşısnı almağa çalışdı və buna da əsasən nail oldu.  

A.Hacılı öz sosial media hesabından yazı ilə bağlı etdiyi paylaşımında bu dəfə də təhriflərə yol verir və həqiqətləri gizlədir. Onu dövlət müşaviri və inandığı şəxs olaraq prezident Elçibəy Etibar Məmmədovla danışıqlar aparmaq üçün görəvləndirir. Lakin o, AMİP Mərkəzi Qərargahına gələrək Etibar Məmmədovla bu barədə heç nə danışmır və qayıdarq Elçibəyə doğru olmayan məlumatlar verir. Bu isə nəticədə dövlət başçısının yanlış qərarlar verməsinə gətirib çıxarır. Hakimiyyətlərinin son nəfəslərində də daxili hikkələri həmin nəfəsi də bağlayır və intiharı üstün tutur.  Etibar Məmmədov Gəncəyə Sürət Hüseynovla görüşməyə gedəndə isə artıq prezident Elçibəy heç kəsə məlumat vermədən 3 gün idi ki, Kələkiyə uçmuşdu.   Yaddaşları “refresh” etmək üçün qeyd edim ki, H.Əliyev 9 iyun 1993-cü ildə Elçibyin Naxçıvana göndərdiyi təyyarə ilə Bakıya gəlib və 10 iyunda vasitəçi qismində Gəncəyə gedərək Sürət Hüseynovla görüşüb, onu çəkindirməyə çalışıb və hökümət qoşunlarının “Tufan” əməliyyatı adı altında qanunsuz  hücum etdiyi  hərbi hissə ilə yerində tanış olub. Parlamentin spikeri İ.Qəmbərin istefasından sonra 15 iyunda Milli Məclisin sədri seçilib. 17 iyun gecə Elçibəyin Kələkiyə qəfil təyyarə ilə uçmasından sonra onun paytaxta qayıdaraq vəzifəsini icra etməsi barədə həm H.Əliyevin, həm E.Məmmədovun təkidli tələblərinə məhəl qomayarq, doğma kəndini üstün tutdu. İşğalçı müharibəyə məruz qalan Azərbaycanda dövlət hakimiyyət oqranlarının başsız və boş qalması ciddi və real təhlükələr yaradırdı. Ölkəni məhvə sürükləyirdi. Ona görə parlament 25 iyunda prezident Ə.Elçibəyin prezident səlahiyyətlərindən məhrum edilərək Milli Məclisin sədri H.Əliyevə verilməsinə səs verdi. Etibar Məmmədov isə Gəncədə 20 iyunda olub və Sürət Hüseynovu qanunsuz hərəkətlərinin dövlətçilik üçün doğuracağı ağır fəsadları ona başa salıb. Görüşdən sonra Bakıda  E.Məmmədovun keçirdiyi mətbuat konfransında da həqiqətləri, baş verənlərin böyük faciələrə yol açdığı və açacağını cəmiyyətə açıqlayıb. Etibar bəyin Mətbuat Konfransı zamanı isə artıq AXC-Müsavat iqtidarı biabırcasına süquta uğramışdı. Yox idi.

O ki, qaldı A.Hacılının “artıq Ermənistanda da daha çox etiraf edilməyə başlanıb ki, birinci Qarabağ müharibəsində Azərbaycanın üzərində qazanılan müvəqqəti qələbəni Robert Koçaryan, Samvel Babayan və erməni ordusu deyil, Surət Hüseynov və ona siyasi dəstək verən qüvvələr təmin edib” fikirlərinə, bu da ağ yalan və təcəvüzkara haqq qazndırmaq cəhdidir. Onun deməsindən belə çıxır ki, Azərbaycanın 20 faiz torpaqlarını işağal və 30 ildən çox talan edən, bir milyon soydaşımızı öz doğma yurd-yuvalarından digərgin və məcburi köçkün salan robertköçaryanlar, samvel babayanlar vəterrorçu erməni ordusu olmayıb.

Yeri gəlmişkən, “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında – Qədim tarix. Sənədli film” başlığı ilə yayılan filmin ssenari müəllifi başqanı və lideri İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərdir.

Müsavat isrinə sahiblənərək, onu öz şəxsi məqsədləri üçün istismar edən İsa Qəmər və Arif Hacılının bu cür mövqeləri aşırı heyrət doğurur! Bəli, Tarixi təhrif etmək olar, amma dəyişdirmək mümkün deyil.

 

Əli Orucov