TRT yeni layihələrə imza atmaqda davam edir

TRT ənənəsinə sadiq qalaraq yeni layihələrə imza atmaqda davam edir. Avropa FM Məmləkətim FM adı altında bütün Dünya Türkləri üçün yayıma başlayır.

Qürbətdə yaşayan Türkiyə vətəndaşları 1937-ci ildən bu yana Türkiyənin Səsi Radiosunu dinləyərək vətən həsrətlərini qismən ovudurdular.

TRT sayəsində xaricdə yaşayan Türk vətəndaşları radio kanalına sahib olacaq.

"Məmləkətim FM 24” saat yayım imkanına malik olmaqla , keçici olaraq internet portalı www.memleketim.gov.tr üzərindən yayıma başlayacaq.

TRT- nin baş Direktoru Şenol Göka radio yayımcılığını dəstəklədiyini, gənçlərin Türkiyə Türkcəsindən mükəmməl şəkildə istifadə etmələri üçün Məmləkətim FM böyük əhəmiyyət daşıyacağını qeyd etdi.