Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Ümumdünya Turizm günü" münasibəti ilə turizm işçilərini və turizm sahəsinin təmsilçilərini təbrik edib. Agentlikdən "Millət"ə daxil olan təbrikdə deyilir.
Hörmətli turizm işçiləri və turizm sahəsinin təmsilçiləri,
Bu gün artıq 39 ildir ki, 27 sentyabr Ümumdünya Turizm Günü kimi qeyd olunur. Hazırda turizm dünya iqtisadiyyatının, eləcə də ölkəmizin iqtisadiyyatının əsas prioritet inkişaf istiqamətlərindəndir.
2016-cı ildə cənab Prezident İlham Əliyevin qərarı ilə 27 sentyabr "Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi dövlət tərəfindən bu sahəyə ayrılan diqqətin bariz göstəricisidir.
Dövlət Turizm Agentliyi əsas faəliyyətini turizmin daha da inkişafı, yeni və fərqli siyasətin formalaşdırılması, ən uğurlu modellərin ölkəmizə məxsus şəkildə tətbiqi, yeni turizm və infrastruktur layihələrinin, turizm məhsullarının hazırlanması, bütövlükdə bu sahəyə daha yenilikçi yanaşma istiqamətlərində qurmuşdur.
Bu il Ümumdünya Turizm Günü "turizm və rəqəmsal transformasiya” devizi altında qeyd olunur. Əlbəttə, turizm sahəsində mövcud resurslardan daha səmərəli istifadə olunmasında və dayanıqlı nəticələr əldə olunmasında müasir informasiya texnologiyalarının rolu günbəgün artır. Bunu nəzərə alaraq Dövlət Turizm Agentliyi turizmdə müasir rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməyi planlaşdırır.
Turizm cəmiyyətin bütün sahələrinə təsir etmək gücünə malik olan iqtisadiyyatın ən unikal sahələrindən biridir. Məhz bu səbəbdən turizmin inkişafı prosesində nəinki turizm sahəsinin təmsilçiləri, həmçinin cəmiyyətinin bütün üzvləri iştirak edirlər.
Turistlərin sayının artmasında, hər xarici vətəndaşın ölkəmizdən məmnun ayrılaraq yenidən ölkəmizə səfər etməsində turizm sahəsində çalışan, bu sahə ilə birbaşa və ya dolayı yolla əlaqəsi olan hər bir kəsin çox böyük rolu var.
Məhz bu səbəbdən turizm sənayesinin bütün iştirakçılarını turizmin ölkəmiz və insanlarımız üçün önəmini və əhəmiyyətini, eləcə də üzərlərinə düşən məsuliyyətin vacibliyini daha dərindən mənimsəməyə çağırır, hər kəsi birgə əməkdaşlığa dəvət edir, qarşıya qoyulmuş məqsədlərə yalnız sizin iştirakınızla çata biləcəyimizə əminliyimizi ifadə edirik.
Turizm sənayesinin təmsilçilərini və turizm işçilərini peşə bayramları münasibətilə təbrik edir, bu vacib və məsuliyyətli peşə fəaliyyətinizdə uğurlar arzulayır, turizmin inkişafı prosesində sizə daim dəstək verməyə hazır olduğumuzu bildiririk.