Arzuxan Əlizadə: "Belə bir mürəkkəb situasiyada, əlbəttə ki, Türkiyədə nəinki hər hansı enerji kəmərləri, o cümlədən..."
"Hesab edirəm ki, qardaş ölkə bundan sonra enerji kəmərlərinə yönəlik potensial terror cəhdlərinin qarşısını ala biləcək"
Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində güclü partlayış törədilib. Bu barədə Türkiyənin enerji və sərvətlər naziri Taner Yıldız açıqlama verib. Nazirin sözlərinə görə, boru xəttinin Türkiyənin Ağrı vilayətindən keçən hissəsi partladılıb:
"Partlayış dünən axşam törədilib. Partlayışdan sonra yanğın baş verib. Lakin qısa müddət ərzində alovun qarşısını almaq mümkün olub. Təmir işləri başa çatandan sonra İrandan Türkiyəyə təbii qazın nəqli bərpa ediləcək. Bir neçə gün əvvəl Cizre-Silopi arasındakı elektrik xəttində, daha sonra Türkiyə və İran arasındakı təbii qaz boru xəttində təxribatın həyata keçirilməsi sadəcə dövlət və hökumətimizə qarşı deyil, həm də o bölgədəki vətəndaşlarımıza qarşıdır".
O da məlumdur ki, son vaxtlar Türkiyədə PKK və İŞİD terrorçuları xeyli aktivləşib. PKK terrorçuları ölkədə bir sıra terror hücumları həyata keçirır, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarını öldürür. Bir neçə gün əvvə ilə Cizre-Silopi arasındakı elektrik xəttində də təxribat törətmişdilər. Digər bir reallıq ondan ibarətdir ki, Türkiyə ərazisindən digər enerji xətləri də keçir. Məlum olduğu kimi, Türkiyədən Azərbaycanın Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz boru xətti keçir. Türkiyədə müəyyyən terror qruplaşmalarının aktivləşməsi və bu ölkə ilə İran arasındakı təbii qaz boru xəttinin partladılması fonunda digər kəmərlər üçün də hansısa terror təhlükəsi varmı?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, prinsipcə, müəyyən risqlər var: "İndiki situasiyada enerji xətləri üçün müəyyən təhlükə var. Məsələ ondadır ki, son vaxtlar Türkiyədə terror təşkilatları xeyli aktivləşib. Suruçda İŞİD terrorçularının törətdiyi qanlı hadisədən sonra digər qruplaşmalar da fəallaşıb. Müşahidələr göstərir ki, müxtəlif təmayüllü terror qruplaşmaları sanki bir-biri ilə əlaqəli şəkildə hərəkət edir. Türkiyə silahlı qüvvələrinin İraq və Suriyada yerləşən terrorçu bazalarına endirdiyi zərbələrdən sonra müxtəlif dövlətlərdə Türkiyə əleyhinə mitinqlər təşkil edilir. Görünən odur ki, bütün bu etiraz aksiyalarını müəyyən xarici dairələr koordinasiya edir. Bir növ məqsədyönlü şəkildə beynəlxalq aləmdə ictimai rəyin Türkiyə əleyhinə yönəlməsi üçün zəmin formalaşdırmağa çalışırlar. Bununla yanaşı, ölkədə koalision hökumətin qurulmasının gecikməsi faktoru da proseslərə müəyyən mənfi təsir göstərir. Bütün bunlar onu göstərir ki, baş verənlər təsadüf deyil. Belə bir mürəkkəb situasiyada, əlbəttə ki, Türkiyədə nəinki hər hansı enerji kəmərləri, o cümlədən istənilən strateji əhəmiyyətli məntəqə terrorçuların hədəfinə çevrilə bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, Türkiyə güclü dövlətçilik ənənələrinə sahibdir. Ölkədə kifayət qədər peşəkar və təcrübəli kadrlardan təşkil olunmuş təhlükəsizlik strukturları var. Həmçinin, baş verənlərlə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Düzdür, dünyada terrordan heç bir dövlət yüz faiz sığortalanmayıb. Ancaq hesab edirəm ki, Türkiyə bundan sonra enerji kəmərlərinə yönəlik potensial terror cəhdlərinin qarşısını ala biləcək"./Bakı Xəbər/
Vidadi ORDAHALLI