Elşən Mustafayev: "O zaman geri çəkilməmişdisə, Aİ ilə indiki soyuq münasibətlər zamanında belə bir təklifi Türkiyə eşitmək belə istəməz”
img
"İnsanları belə məlumatlarla yükləməklə problemi adiləşdirməyə, gələcəkdə cəmiyyətin müqavimət gücünün az olmasına çalışırlar”
Son günlər bəzi KİV-lərdə Türkiyənin öz sərhədlərini guya Ermənistanın üzünə açması ilə bağlı xəbərlər yayılır. Maraqlıdır ki, araşdırdıqda həmin məlumatların elə Türkiyənin özündə fəaliyyət göstərən bəzi QHT-lər tərəfindən dövriyyəyə buraxıldığı məlum olur. Belə dezinformasiyalar əvvələr də ötürülüb və təbii ki, öz təsdiqini tapmayıb. Bu günlərdə Türkiyədə fəaliyyət göstərən bəzi QHT-lər tərəfindən yayılan son məlumatda bildirilirdi ki, Türkiyə Ermənistan TIR-larının üzünə Trabzon limanının qapılarını açıb. Bu məlumat Türkiyənin Azərbaycandakı səfiri və həmin ölkənin bir neçə rəsmisi tərəfindən təkzib edildi. Hətta sözügedən gömrük postunun rəhbəri mediaya bu xüsusda açıqlama da verdi.
Trabzon limanının müdiri Müzaffer Ermiş belə iddiaların onu məyus etdiyini bildirib. O deyib ki, Trabzon limanının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır.
Xatırladaq ki, Türkiyənin ildə 600 Ermənistan TIR maşınına Trabzon limanından keçməyə icazə verdiyi barədə məlumat yayılıb. Bildirilib ki, həmin TIR-ların sürücüləri Türkiyənin Tiflisdəki səfirliyindən işçi vizası alırlar. Çünki sürücülərin turist kimi Türkiyəyə daxil olmasına icazə yoxdur.
Göründüyü kimi, səslənən iddialar, birmənalı şəkildə, Türkiyə tərəfindən təkzib olunur. Onda belə yanlış məlumatların məhz Türkiyədəki bəzi qurum və şəxslər tərəfindən dövriyyəyə buraxılması hansı məqsədlərə xidmət edə bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, indiyə kimi, Türkiyə-Ermənistan sərhədlərinin açılması və ya açıla bilməsi ilə bağlı gündəmdə çox məlumat olub: "O zaman İsveçrədə bu barədə gedən gizli danışıqlar istisna olmaqla, digərləri faktlarla təsdiq olunmayıb. Türkiyə rəsmiləri də bunları təkzib edib. Xatırlayırsınızsa, İsveçrə danışıqları ilə bağlı məlumatlar gündəmə gələndə rəsmi Bakının buna etirazı çox kəskin olmuşdu. Hətta Türkiyədə böyük etirazlar olmuşdu. Məlumdur ki, Türkiyə-Erməınistan sərhədlərinin bağlanmasına gətirən səbəblərdən biri Azərbaycan torpaqlarının işğalı ilə bağlıdır. Bu günə qədər nə o şərtlər, nə də Türkiyənin özü ilə bağlı olan şərtlərin heç biri nəinki yerinə yetirilməyib, bu məsələlərlə bağlı müzakirələr də keçirilməyib. Belə olan halda, hansı sərhəd açılmasından söhbət gedə bilər? Ola bilsin ki ayrı-ayrı iş adamları, bəzi biznesmenlər şəxsi gəlirlərinə görə bunu istəsinlər”.
Ekspertin sözlərinə görə, kimsə bu fikirləri açıq şəkildə deməyə cəsarət etmir: "Hətta hər hansı istisnalar belə bunu sərhədlərin açılması anlamına gətirər. Odur ki, Türkiyə rəsmiləri belə şayiələri təkzib edirlər. Doğrudur, zaman-zaman Türkiyəyə sərhədin açılması ilə bağlı təkliflər, bir cox hallarda tələblər olub. Məsələn, Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlarda bu məsələ də gündəliyə çıxarılmışdı. O zaman geri çəkilməmişdisə, Aİ ilə indiki soyuq münasibətlər zamanında belə bir təklifi Türkiyə eşitmək belə istəməz. Amma bu o demək deyil ki, Türkiyədə sərhədlərin açılmasını heç kim istəmir. Siyasətçilər icərisində, xüsusən də Böyük Millət Məclisində belə təkliflər bir neçə dəfə olub. Doğrudur, onları təklif edənlər erməni kökənlilər və digər millətlərin nümayəndələri olub. Amma nəzərə alsaq ki, hər bir millət vəkilinin arxasında ona səs vermiş seçicilər var, o zaman onların arasında da belə fikirdə olanların varlığı şübhəsizdir. Hazırda Türkiyə cəmiyyətinin QHT sektorunda fərqli baxışlarda olan təşkilatlar mövcuddur. Onların liberallığı o həddədir ki, nəinki Ermənistan-Türkiyə sərhədlərinin açılmasını, hətta Türkiyənin qondarma erməni soyqırımını tanımısını belə təklif edirlər. Doğrudur, onların tərəfdarları çox azdır, eyni zamanda, kənardan qrantlar vasitəsilə maliyyələşdirildikləri məlumdur. İndiki halda onların rəyi Türkiyə cəmiyyətində nə isə həll etmir. Amma tək belə fikirdə olanların mövcud olması kifayət edir ki, bu məsələdə diqqətli olasan. Unutmamalıyıq ki, illər öncə Türkiyədə erməni əsilli jurnalist Hrant Dink öldürüldükdə məhz həmin QHT-lər kampaniyaya başlamış, nümayişlər təşkil etmişdilər. Nümayişçilər hamısı bir ağızla "Həpimiz erməniyik” şüarları səsləndirmişdilər.Yeri gəlmişkən, həmin şüarı səsləndirənlər arasında Türkiyənin tanınmış sənət adamlarının da sayı az deyildi. Ona görə də hesab edirəm ki, bu cür şayiələrin tez-tez dövriyyəyə buraxılması məhz həmin təşkilatlar tərəfindən həyata keçirilir. Bununla həm cəmiyyətin nəbzini yoxlayırlar, həm də ən təhlükəlisi budur ki, insanları belə məlumatlarla yükləməklə problemi adiləşdirməyə, gələcəkdə cəmiyyətin müqavimət gücünün az olmasına çalışırlar. Hesab edirəm ki, Türkiyə hakimiyyəti belə bir addıma getməz. Amma ərazisi, əhalisi baxımından böyük olduğundan və bu ərazidə çoxsaylı xalqların yaşamasını əsas götürərək, belə məsələlər ciddi diqqətdə saxlanmalı, nəzarətsiz buraxılmamalıdır”