Martın 28-də İran rəsmiləri Türkiyə Prezidenti Ərdoğandan İrana
gözlənilən səfərini təxirə salmağı tələb edəndən sonra iki ölkə arasında
münasibətlər bir qədər də gərginləşib. Artıq Ərdoğan da bu çağırışlara
münasibət bildirib. Sloveniya səfərdən öncə Atatürk Hava Limanında
jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti, İranlı
rəsmilərin tələblərinə də münasibət bildirib: "Gedərik və ya getmərik
bunun qərarını biz verəcəyik. Hal-hazırda biz təbliğatımızda heç bir
dəyişiklik etməmişik. Amma Yəməndəki proseləri də yaxından izləyirik.
Yəməndəki hadisələr bizim üçün çox əhəmiyyətlidir. Qərarımızda
dəyişiklikliyə səbəb olan addımlar baş verə bilər, amma hələlik
proqramımızda heç bir dəyişiklil yoxdur.
Xatırladaq ki, İranla Türkiyə arasında baş verən gərginlik, prezident Ərdoğanın İranı Yəməndə vəziyyəti gərginləşdirməkdə ittiham etməsindən sonra baş verib.