Vladimir Jirinovski öz tərbiyəsizliyini davam etdirir

“Düşünmürəm ki, Jirinovskiyə Rusiya Federasiyasının mövqeyini bildirmək səlahiyyəti verilsin. Lakin ona bu cür açıqlamalar vermək imkanı verilirsə, demək hakimiyyətdə olan müəyyən qüvvələr də onun bu çıxışlarında maraqlıdırlar. Bütövlükdə Jirinovskinin mövqeyi Rusiyanın fikirləri olmasa da, onun bu mövqeyini müdafiə edən və qızışdıran qüvvələrin mövcudluğu dəqiqdir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov bildirib.

O, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi ifadələr və İsfəndiyar Vahabzadənin ona cavab verməsi barədə danışıb:

“Jirinovski ilk dəfə deyil ki, bu cür açıqlamalar verir. O, təkcə Azərbaycanla bağlı deyil, həm də başqa dövlətlər və millətlər haqda da bu cür çıxışlar edib, təhqiramiz ifadələr səsləndirib. Jirinovski bu cür çıxışları səbəbilə mənəvi və fiziki təzyiqə məruz qalıb, Dumada döyülüb, lakin öz tərbiyəsizliyini davam etdirir. Ona görə də, ona cavab verilməli idi. Jirinovski Vahabzadənin onun haqqında işlətdiyi “donuz” adına da layiq idi, ancaq onunla birlikdə hansısa milləti təhqir etmək doğru addım deyildi. Ona cavab verilməsi, təhqir edilməsi düzgündür, mən də bunu müdafiə edirəm”. 

Etibar Məmmədov Jirinovskinin bu cür hərəkətlərinin ilk olmadığını, hər kəsin onun həyat və fəaliyyətindən xəbərdar olduğunu da qeyd edib:

“Mən Jirinovskinin həyatını bilirəm, Türkiyədə hansı vəziyyətdə həbs olunub bilirəm. Onu həbs edən zabitlə də söhbət etmişəm, necə ittiham olunduğunu eşitmişəm. Məsələni araşdırsalar, onda gərək onu LDPR-nin yox, LGBT-nin lideri elan etsinlər. Jirnovskidən yaxşı LGBT lideri çıxar. Çünki o özü belə işlərlə məşğuldur”. 

Etibar Məmmədov Jirnovskinin homoseksual olması və güya Türkiyədə zorlanması ilə bağlı jurnalistin suallarına belə cavab verib:

“Jirnovskinin Türkiyədəki həbsi 2 məsələ ilə bağlı olub. O, Türkiyədə gənclər arasında apardığı kommunist təbliğatı və homoseksual fəaliyyətinə görə 1969-cu ildə həbs olunub. Bunların hamısı o dövrüdə Türkiyədə cinayət məsuliyyəti yaradan əməllər idi.  Onsuz da Jirnovski o cür oriyentasiyalı adamlardandır, ondan yaxşı LGBT lideri çıxar. O, özü könüllü şəkildə buna meyillidir. Onun türklərə qarşı nifrəti də məhz o məsələlərdən qaynaqlanır. Amma Jirnovski yaxşılığı da unutmamalıdır. Onu həbsdən azərbaycanlı Arif Heydərov azad elətdirib. Ən azından bunu unutmamalı idi. Mən də vaxtilə Jirinovskiyə, onun təhqirlərinə cavab vermişəm. Amma o, elə həyasız insandır ki, sonradan məktub yazıb məni qurultaya dəvət etdi. Mən də cavab məktubunda bildirdim ki, nə qədər ki o ordadır, öz mövqeyini dəyişməyib, üzr istəməyib, onunla heç bir dialoqa girmərəm”. Demokrat.az

 

Millət