"Soçi görüşü, Rusiya-Türkiyə yaxınlaşması, Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksəlməsi fonunda inanmıram ki, müharibə təhlükəsi yaransın. Ancaq nəticələri gözləmək lazımdır. İndiki vəziyyət müddətsiz davam edə bilməz və biz torpaqları geri qaytarmalıyıq. Bu, dövlətin və siyasətçilərin xalq qarşısında borcudur. Hazırda münaqişənin sülh yolu ilə həllinin, torpaqların danışıqlar vasitəsilə geri qaytarılmasının tərəfdarıyıq. Dəfələrlə tərəflər sülhə yaxın olub, ancaq sonradan erməni tərəfi Rusiyanın bu prosesə mane olduğunu qeyri-rəsmi ifadə edib. İndi isə Rusiya başqa durumdadır, bizim bu ölkə ilə münasibətlərimiz də yüksək səviyyədədir”.
Bunu Teleqraf.com-a müsahibəsində AMİP sədri Yusif Bağırzadə bildirib. Müsahibəni təqdim edirik:
- Yusif bəy, bələdiyyə seçkiləri öncəsi durumu, ictimai siyasi vəziyyəti və partiyaların seçkilərə marağını necə qiymətləndirirsiniz?
- Ölkədə ümumi sabitlik mövcuddur. Ancaq 2009-cu il bələdiyyə seçkiləri, 2010-cu il parlament seçkiləri və 2013-cü il prezident seçkiləri öncəsində siyasi düşərgələrdə aktivlik hiss edilirdi. Burada söhbət həm iqtidar, həm də müxalifət düşərgəsindən gedir. Tərəflər seçki öncəsi fəallaşırdı. Ancaq 2014-cü il bələdiyyə seçkiləri öncəsi durum bir qədər fərqlidir, yəni aktivlik, seçkilərə maraq o qədər də hiss edilmir. Dekabrın 23-də bələdiyyə seçkiləri olacaq, hazırda təbliğat-təşviqat mərhələsi başlanıb. Buna baxmayaraq, müxalif düşərgədə seçkilərlə bağlı aktivlik nümayiş etdirilmir. Əlbəttə, bunun bir səbəbi də, bələdiyyə orqanlarının statusu, bu instituta birmənalı yanaşmanın olmaması, bu qurumların öz öhdəliklərini yerinə yetirmədiyinə dair yanaşmaların olması ilə bağlıdır. İcra qurumları ilə bələdiyyə orqanları arasında status məsələsi tam aydınlaşmayıb, bəzən icra qurumları bələdiyyələrə müdaxilə edə bilir. Ancaq buna baxmayaraq, AMİP olaraq bu seçkilərdə iştirak edəcəyik. AMİP bütün seçkilərə qatılır, namizədlərini irəli sürür. Bir məqamı da xüsusilə vurğulamaq istəyirəm. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, bütün diqqətimiz həm də buna yönəldilməlidir. Həm Azərbaycan daxilində olan qüvvələr, həm də regional proseslərdə diqqəti Qarabağ münaqişəsinə cəlb etməli, Azərbaycan bu prosesdə aktiv iştirak etməlidir. Çünki, bu elə məsələdir ki, onu diqqətdən kənarda saxlamaq olmaz.
- Hazırda dünya mediası Rusiya prezidenti Putinin Türkiyə səfərini təhlil edir, bu səfərə xüsusi diqqət ayırır. Sizcə, səfərə belə diqqətin olması nə ilə bağlıdır?
- Rusiya prezidenti Putin G 20-lərin görüşündə qatıldı və bu daha çox uğursuz səfər kimi yadda qaldı. Bundan sonra Vladimir Putin Türkiyəyə uğurlu bir səfər reallaşdırdı. Hazırda Rusiyanın Avropa Birliyi ilə ciddi problemləri var və bu daha çox Ukrayna ilə bağlıdır. Ukraynanın Krım ərazisinin ilhaqından sonra beynəlxalq təşkilatlar, Avropa və Amerika hərəkətə gəldi, Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bu da münasibətləri sözsüz ki, kəskinləşdirir. Məhz bu sanksiyaların nəticəsi olaraq Rusiyanın nəhəng proyekti kimi qiymətləndirilən Cənub Axını layihəsi qeyri-müəyyən duruma düşüb. Bildiyiniz kimi, bu layihənin baş tutmasına Hollandiya və bir neçə Avropa dövləti razılıq vermişdi. Əsas boru xəttin Qara dənizin dibi ilə gedib Bolqarıstana çatan hissəsində problem yarandı. Bolqarıstan bu layihənin davamından imtina etdi və səbəb olaraq Avropa Birliyinin qüvvədə olan sanksiyalarını göstərdi. Ona görə də, Putin Ankarada bəyan etdi ki, Cənub Axını layihəsi gündəmdən çıxdı. Bu səbəbdən də Türkiyə ilə Rusiya arasında yeni müqavilə imzalandı. Müqaviləyə əsasən, Rusiya qazı Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırılacaq. Sözügedən müqavilə həm də Atom Elektrik Stansiyasının tikilməsi ilə bağlıdır. Rusiya həm də Türkiyəyə satdığı qazın qiymətini 6 faiz endirdi. Bütün bunlar iqtisadi proyektdir. 20 ildən çoxdur ki, qardaş Türkiyə Avropa İttifaqının qapısını döyür, bu birlikdə yer almağa çalışır. Ancaq qeyri-obyektiv səbəblərdən Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Türkiyə də Rusiya ilə bu müqaviləni bağladı. Ancaq əlbəttə ki, regional siyasi baxışlarda Ankara ilə Moskva arasında fikir ayrılıqları mövcuddur.
- Söhbət hansı fərqli baxışlardan gedir?
- Bu iki dövlətin bəzi məsələlərə görə fikirləri ziddiyyət təşkil edir. Bunlardan biri Suriya məsələsidir. Prezidentlər mətbuat qarşısına çıxanda cənab Ərdoğan bəyan etdi ki, Suriyada Bəşər Əsəd hakimiyyəti getməlidir. Ancaq burada bizim üçün maraqlı məqam tam başqadır. Hər iki prezident mətbuat qarşısına çıxanda Dağlıq Qarabağ münaqişəsi haqda bir söz demədilər. Düzdür, regional münaqişələrə toxunuldu, amma Qarabağ məsələsi haqda bir söz deyilmədi.
- Sizcə, tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblərmi?
- Bildiyiniz kimi, Putinin Türkiyə səfəri başlamazdan əvvəl Prezident İlham Əliyevin həmkarı Ərdoğana zəngi oldu, tərəflər səfər öncəsi fikir mübadiləsi apardı. Düzdür, telefon danışığının bir səbəbi də Türkiyə vasitəsi ilə Azərbaycanın G-20 sammitinə dəvət edilməsi ilə əlaqədar idi. Fikrimcə, bu zaman həm də Ərdoğanın Qarabağ məsələsi ilə bağlı fikirlərini öyrənmək maraqlı olub. Hazırda Rusiya regionda güc sahibidir və Qarabağ münaqişəsinin yaranmasında rolu var. Mənə elə gəlir ki, tərəflər mətbuata Qarabağ münaqişəsinə dair bir söz deməsələr də, şübhəsiz ki, bu məsələnin müzakirəsi aparılıb. Bir müddət əvvəl Soçidə prezident Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Mümkündür ki, həmin görüşdə müəyyən razılıq əldə edilib və indilikdə bu məsələnin üzərinə getmək istəməyiblər. Şəxsən mənim qənaətim belədir ki, Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rolu olacaq.
- Hansı səbəblərdən bu cür düşünürsünüz?
- Ona görə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan və bu gün Gömrük İttifaqına üzvü olmağı qarşısına məqsəd qoyan Ermənistan Rusiya üçün lazımsız bir dövlətə çevriləcək. Nəzərə alın ki, Cənubi Qafqazda Ermənistan Rusiya üçün vacib instrument idi, bu ölkədən Azərbaycana, Ermənistana və bəzən Türkiyəyə qarşı istifadə edilirdi. Türkiyə Rusiya yaxınlaşması isə Ermənistanın əhəmiyyətini itirir və tədricən bu ölkənin gerçək mahiyyəti, rolu ortaya çıxır. Odur ki, mən bu səfərin və yaxınlaşmanın bizim maraqlarımıza uyğun olduğu, Dağlıq Qarabağ münaqişəsinin həllinə pozitiv təsir göstərəcəyi qənaətindəyəm.
- Roma Papasının Türkiyədə Ermənistanla sərhədləri açmaq çağırışını necə qəbul etmək olar?
- Roma Papası bəyan etdi ki, Ermənistan-Türkiyə sərhədinin açılması üçün dua edir və bunu həm də tərəflərdən xahiş edir. Ancaq qəribədir ki, Papa Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalçıları tərəfindən işğal edilməsi, bu günə qədər azad olunmaması haqda heç bir fikir bildirmədi. Papa xristian aləmində qəbul edilən şəxsdir. Onun münaqişə haqda bir söz deməməsi əslində təqdirəlayiq hal sayıla bilməz. Ancaq buna baxmayaraq, mən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün perspektiv görürəm. Rusiya iqtisadiyyatı sanksiya səbəbindən getdikcə zəifləyir. Rusiya maliyyə naziri qeyd etdi ki, neftin qiymətinin aşağı düşməsi səbəbindən 300 milyardlıq büdcəsi olan ölkə 40 milyard ziyana gedib. Fikrimcə, bu proseslər fonunda Gömrük İttifaqı da perspektivsiz görünməyə başlayıb. Həm də Gömrük İttifaqında təmsil olunan Qazaxıstanın və Belarusun Ermənistana münasibəti birmənalı deyil. Ona görə də, bizim üçün münaqişənin həlli perspektiv görünür. Biz strateji olaraq istiqamətimizi Avropaya doğru tutmalıyıq. Biz Avropa Birliyi ilə "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edirik. Moldova, Ukrayna və Gürcüstan bu prosesi keçib. Bizim istiqamətimiz Avropa məkanına olmalıdır. Bu, Azərbaycan iqtisadiyyatının güclənməsi üçün də vacibdir. Nəzərə alın ki, neft məhsullarımız da Avropaya satılır. Yəni bazar oradır.
- Hazırda bəzi hərbçi mütəxəssislər, politoloqlar regionda müharibənin ola biləcəyini bildirirlər. Sizcə, yaxın dövr üçün cəbhədə müharibə şəraiti yarana bilərmi?
- Əlbəttə, torpaqlar sülh yolu azad edilməsə, müharibə yoluna əl atılacaq. Azərbaycan hərbi sənayesinə böyük maliyyə ayırır. Biz məcburuq ki, ən azı Dağlıq Qarabağ ətrafı rayonları müharibə yolu ilə geri qaytaraq. Mümkündür ki, Ermənistanın torpaqları geri qaytarmaq arzusu heç vaxt olmasın. Bizim də, arzumuz və istəyimiz torpaqları geri qaytarmaqdır. Baxmayaraq ki, bizim hərbi ekspertlər və politoloqlar müharibənin başlana biləcəyi haqda təhlillər irəli sürürlər, mən bunu mümkün hesab etmirəm. Hələlik müharibə təhlükəsini görmürəm. Çünki Soçi görüşü, Rusiya-Türkiyə yaxınlaşması, Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksəlməsi fonunda inanmıram ki, müharibə təhlükəsi yaransın. Ancaq nəticələri gözləmək lazımdır. İndiki vəziyyət müddətsiz davam edə bilməz və biz torpaqları geri qaytarmalıyıq. Bu, dövlətin və siyasətçilərin xalq qarşısında borcudur. Hazırda münaqişənin sülh yolu ilə həllinin, torpaqların danışıqlar vasitəsilə geri qaytarılmasının tərəfdarıyıq. Dəfələrlə tərəflər sülhə yaxın olub, ancaq sonradan erməni tərəfi Rusiyanın bu prosesə mane olduğunu qeyri-rəsmi ifadə edib. İndi isə Rusiya başqa durumdadır, bizim bu ölkə ilə münasibətlərimiz də yüksək səviyyədədir.
- Amerikada yaşanan prosesləri, irqi zəmində qarşıdurmanın güclənməsini, polisin etiraz aksiyalarına müdaxiləsini necə qiymətləndirirsiniz?
- Bu, lokal bir münaqişədir. Amerika böyük iqtisadi gücə malikdir, ərazisi genişdir, əhalisinin sayı çoxdur. Ferqussonda baş verənlər hazırda müxtəlif formalarda özünü göstərir, insanlar aksiyalar təşkil edir, polis də bunu yatırtmağa çalışır. Prezident Obama da bəyan etdi ki, vətəndaşlar həm aksiyalarla, həm də fərdi olaraq öz fikirlərini ifadə etmək hüququna malikdir. Ancaq bunu dövlətin əleyhinə keçirmək, avtomobilləri yandırmaq olmaz. Mənim fikrimcə, indi bu məsələlər Amerikanın əsas diqqətindədir və yaxın günlərdə öz həllini tapacaq. Etiraza səbəb qaradərili gəncin ağdərili polis tərəfindən güllələnməsi, polisin sonradan buna görə, cəzalandırılmamasıdır. Mən özüm bir neçə dəfə ABŞ-da olmuşam. Daxildə ağdərili ilə qaradərililər arasında münasibətlər gərgin olaraq qalır. Bu, həmişə belə olub.
Nemət