Zəngəzur dəhlizi reallığa çevrilir

"Əməkdaşlıq Təşkilatının  17-ci Zirvə Toplantısı Aşqabad  Konfransında, prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılacağı haqda mesaj verməsi o deməkdir ki, 26 noyabr Soçi görüşündə, bağlı qapılar arxasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub." Bu fikirləri politoloq Çingiz Şahbazi deyib. 


Palitoloqun fikrincə, Dövlət başçısının bildirdiyinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu toplantısında, mən həmkərlarıma Zəngəzur haqqında məlumat vermişdim. Bu gün isə deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələri, bu dəhlizdən istifadə edəcəklər.   


Son günlərdə baş verənlər, ölkəmiz açısından müsbət nəticələrin əldə olunmasına işarədir.  Amma bütün bunların hamısının fonunda,yenə də zəhmət və iradə tələb edən siyasət davam etməlidir. Çünki, beynəlxalq hüququn  ziddinə hərəkət edən Ermənistanın sabah nə edəcəyi məlum deyil. Bu ölkə yürütdüyü siyasətində hec vaxt sabit olmamışdır və hər an hər kəsin oyununun bir hissəsi və oyunçusu ola bilmə ehtimalı böyükdür.  Paralel.az

Millət