Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaları pozanların cəzasını artıran qanun layihəsi hazırlanıb. Layihədə İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi və sözügedən pozuntuya görə həm cərimələrin, həm də həbs müddətinin artırılması nəzərdə tutulur. Layihəyə əsasən, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilməli və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 30 günədək müddətdə inzibati həbs cəzası almalıdırlar.
Layihədə eyni əmələ görə vəzifəli şəxslərin 600 manatdan 900 manata, hüquqi şəxslərin isə 4000 manatdan 6000 manata qədər cərimələnməsi təklif edilir.
Layihənin may ayının əvvəllərində Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənir.
İnzibati Xətalar Məcəlləsinə yuxarıda qeyd olunan dəyişiklik və əlavənin həyata keçirilməsi cərimələrin 10 dəfəyə yaxın, həbs müddətinin iki dəfə artırılması deməkdir.
Müxalifətin onsuz da son illərdə razılaşdırılmamış aksiyalar keçirməməsi bəllidr. O zaman cəzanın sərtləşdirilməsi hansı zərurətdən meydana gəldiyi maraqlıdır.
Müxalifət düşərgəsi qanunun sərtləşdirilməsini necə qarşılayır?
AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki, kütləvi aksiyalarla bağlı qanunvericiliyin pozulmasına görə cəzaların sərtləşdirilməsi haqqında qanun layihəsi antidemokratik mahiyyətli dəyişiklikdir.
Kütləvi aksiyalarla bağlı qanunvericeliyin pozulmasına görə cəzaların sərtləşdirilməsi haqqında qanun layihəsinin parlametin müzakirəsinə çıxarılması iqtidarın həm antidemokratik mahiyyətindən, həm də özünəgüvəninin azalmasından irəli gəlir.
İnsanların sərbəst toplaşmaq haqqı onun doğal haqqıdır və bunun məhdudlaşdırılması beynəlxalq hüquq normalarına da ziddir.
Kabinetin müəyyən qədər yeniləşdirilməsinin və yeni gənc kadrların yüksək postlara gətirilməsinin ardınca kütləvi aksiyalarla bağlı pozuntulara görə hüquqi nəsuliyyətin sərtləşdirilməsi islahatlara və yeniləşməyə olan inamı zərbə altına qoyur. Deməli, belə nəticəyə gəlmək olur ki, iqtidar fundamental və əsaslı islahatlara getmək, idarəçilikdə müasir metodlara üstünlük vermək niyyətində deyil. Sadəcə kosmetik dəyişikliklər etməklə əslində köhnəliyi qoruyub saxlayacaq. Eyni zamanda cəmiyyətdəki narazalıqlardan ehtiyatlanır.
Ümid edirəm ki, hakimiyyət bu cür sərtləşdsirmə və cəmiyyətə basqı siyasətini dayandıracaq.
Partiya olaraq bu dəyişikliyin qəti əleyhinəyik və iqtidarı bu cür neqativ addımlardan çəkindirməyə çağırırıq