"Bu il separatçı rejimə yardım ayrılmayıb"
Arzuxan Əlizadə: "Bu hələ o demək deyil ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artıracaq"
Beynəlxalq Nüvə Sammitində iştirak etmək üçün ABŞ-da səfərdə olan Prezident İlham Əliyev Vaşinqtonda bu ölkənin vitse-prezidenti Co Baydenlə görüşüb.
Co Bayden Prezident İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycanla ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında ölkələrimizin yaxşı əməkdaşlıq qurduqlarını deyib. Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirib. Həmçinin, Bayden ABŞ-ın Azərbaycanla müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Vitse-prezident ABŞ-ın Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirib.
Söhbət zamanı tərəflər ölkələr arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
İlham Əliyevin Birləşmiş Ştatlarda keçirdiyi məhsuldar görüşlər fonunda Co Baydenin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini bəyan etməsi diqqəti xüsusi cəlb edir. Bu cür yanaşma münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nə kimi müsbət təsir göstərə bilər?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, prinsipcə, rəsmi Vaşinqtonun belə mövqe sərgiləməsi təqdirəlayiqdir: "Çünki ATƏT-in Minsk Qrupunun digər həmsədrlərindən fərqli olaraq Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini daha açıq deyir. Ancaq bu hələ o demək deyil ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artıracaq. Görünən odur ki, rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllində passivlik göstərir. Yaxın dövrlərdə ABŞ-ın bu istiqamətdə səylərini artıracağı hiss olunmur. Halbuki, reallıqda ABŞ Qarabağ münaqişəsinin həllində daha çox iş görə bilər. Vaşinqton bölgədə Azərbaycanın timsalında güclü müttəfiq qazanmaq istəyirsə, bunun başlıca şərti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Vaşinqtonun Ermənistan hakimiyyətinə təsir etmək üçün əlində müxtəlif təsir rıçaqları var. Məsələn, bu il Dağlıq Qarabağdakı separatçı rejimə yardım ayrılmayıb. Halbuki, 1998-ci ildən onlara dövlət səviyyəsində yardım ayrılırdı.
Bir də Azərbaycan Vaşinqtondan Konqresin bədnam "907-ci Düzəliş"inin ləğvini gözləyir. Düzdür, sözügedən sənəd illərdir Ağ Ev tərəfindən dondurulub. Ancaq yaxşı olardı ki, həmin düzəliş birdəfəlik götürülsün. Belə olarsa, o zaman Birləşmiş Ştatlara inam daha da artacaq. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həllində erməni lobbisinin təsir imkanları qismən azalacaq".
Vidadi ORDAHALLI