Ad günün mübarək, AMİP !

-Bu gün cağdaş Azərbaycan siyasi tarixinin ilk partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasının təsis olunmasının 25 illiyidir. Bu rəqəm dünyanın ən qocaman və nüfuzlu partiyaları ilə müqayisədə çox da böyük görünməsə də, AMİP həmin müddət ərzində dünyanın düzənini və siyasətini müəyyənləşdirən siyasi güc mərkəzləri ilə eyni cərgədə dayanmağı bacardı. Beynəlxalq Demokrat İttifaqı kimi planetin 70-ə yaxın ölkəsinin 100-dən çox sağ-mərkəzçi partiyasını özündə birləşdirən beynəlxaql nüfuza malik bir qurumun bərabər hüquqlu üzvüdür və lideri Etibar Məmmədov sədr müavinidir. Avropa Parlamentində ən güclü və böyük fraksiya olan Avropa Xalq Partiyasına üzvlük ərəfəsindədir.

-AMİP Azərbaycanda keçirilən bütün seçkilərdə ən yüksək nəticə göstərib və sabit elektorata malikdir. Partiya bütün basqılara və çətinliklərə baxmayaraq əlkənin ən böyük və təşkilatlanmış siyasi qüvvəsidir.

-AMİP həm də siyasi kadrların yetişdirilməsində  məktəb olub. Bir sıra ilklərə imza atan novator partiyadır.

-Siyasətdə yaradıcı, münsibətdə konstruktiv, təmkinli, müstəqil dövlətçiliyimizi və milli birliyimizi əsas götürən, sağlam mühit və sağlam yanaşma sərgiləyən, həmişə xaqlın mənafelərindən çixiş edən siyasəti ilə seçilir.