Dərman vasitələrinin qiymətləri yenə də bahalaşdı. Tarif Şurası əhaliyə satılan mavi qaz və elektrik enerjisinin qiymətlərindəki artımın gözünə dərman vasitələrini də əlavə edib. Belə ki, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın bu qərarı ötən gündən etibarən qüvvəyə minir.
Əslində, dərman bazarında çoxdan bahalaşma müşahidə olunurdu. Devalvasiya və dolların hər gün qalxması qiymətlərə təsir etməyə başlayıb. Bir ildə bir neçə dəfə qiyməti artan dərmanlar yenə də bahalaşıb. Hətta son iki ayda dərman vasitələrinin satış qiymətlərini dəyişdirən hökumət sanki bunu manatın həmin vaxt olduğu məzənnəyə uyğunlaşdıraraq insanların başının altına yastıq qoymaqla məşğuldur. Faktiki olaraq isə dərman preparatlarının qiymətlərindəki artım davam etməkdədir. Beləliklə də, daim müəyyən dərman asılılığı olan insanların qara günləri yenidən təzələnib. İnsanların ala bilməsi üçün dərman preparatlarının qiymətlərinin optimal olmasına biganə yanaşılır.
Hətta nəzarətsiz qalan dərman siyasəti də durumu getdikcə bərbad hala gətirir. Bir sözlə, hər ay ən azı iki dəfə dərman siyasəti ilə oynayan hökumət ictimaiyyətin vəziyyətini deyil, "kimlərinsə” cibinin dolmasını düşünür.
"Dollardan asılı vəziyyətə düşmüşük”
Farmokoloq Aydın Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əsl problem ölkənin özünü dərmanla təmin etməməsidir: "Özümüzü dərmanla təmin etmək imkanlarımız yoxdur. Bu sahədə xaricdən asılılığımız davam edir. Bu barədə hökumətin müəyyən planlarını yalnız mətbuatdan eşidirik. İran, Türkiyə, Rusiya ilə müəyyən işlər görülür. Amma hələlik xəbər-ətər yoxdur. Dərman istehsalının Azərbaycanda baş tutmasına şübhəm var. Çox təəssüf ki, biz dollardan asılı vəziyyətə düşmüşük.
Daxili istehsal məhsullarımız olmadığına görə, xaricdən gətirilən dərman və o cümlədən, digər məhsulların qiymətləri qalxır. Hələlik bu ağır günləri yaşamağa məcburuq. Təkrar olsa da qeyd etmək istəyirəm ki, bu hadisələrdən müəyyən dərəcədə qurtulmaq üçün ictimai tibbi sığorta qəbul olunmalıdır. Özəl tibbi sığorta var, amma ictimai tibbi sığorta yoxdur. Yoxsa dollar qalxdıqca, dərmanların da qiyməti qalxmaqda davam edəcək. Onun qarşısını almağa hökumət qadir deyil”.
"Alternativ yol tapmaq lazımdır”
Ekspert hesab edir ki, dərman istehsalı, tibbi sığorta olmadıqca, dollardan və xaricdən gətirilən dərmandan asılı vəziyyət qaldıqca bahalaşma qaçılmazdır: "Sadəcə onu deyirəm ki, Allah bizə kömək olsun. Amma alternativ yol tapmaq lazımdır. Heç olmazsa ağır xəstələrimizə müəyyən dərman təminatı olmalıdır ki, problem qismən həll olunsun. Ən azı ağır xəstələrin dərman təminatı 50 faiz ödənməlidir.
Bədxassəli şişlərin müxtəlif formaları olan xəstələrimiz var ki, Tarif Şurası onları nəzərə almalıdır. Çünki bu xəstələr daim dərmandan asılı vəziyyətdədirlər. Bu səbəbdən biz nəhayət ki, dərman istehsalına girişməliyik. Hətta ən ağır xəstələrin dərman ehtiyatını təmin etmək üçün onların istehsalına başlamaq lazımdır. Bundan başqa ən əsası ekoloji problemlər aradan qaldırılmalıdır. Ağaclar kəsilməməlidir, meşə zolağı salınmalı və genişlənməlidir. Bu nöqsanlar hər dəfə deyilir, eşitdirilir, amma nəticəsi olmur. Bu məsələ geniş plandır. Hökumətin hər hansı məsələ ilə bağlı sadəcə reaksiyasını eşidirik. Amma işlər kompleks görülməlidir ”.