AMİP seçkilərə rəsmən qatıldı

"Bu gün AMİP Mərkəzi Şurasının toplantısı keçirilib. İclasda partiyanın 9 Fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə iştirakı ilə bağlı yekun qərar qəbul olunub”.

Məlumatı AMİP Mərkəzi Şurasının üzvü Rəşad Bayramov verib.

Rəşad Bayramovun bildirdiyinə görə, iclasda həmçinin partiyanın maliyyə və digər məsələlər üzrə səlahiyyətli nümayəndələri də seçilib: "Səlahiyyətli nümayəndələr Mərkəzi Şura tərəfindən təsdiq olunub. Mərkəzi Şura namizədlərin irəli sürülməsi prosesini sadələşdirmək və asanlaşdırmaq səlahiyyətini Siyasi Şuraya həvalə edib. AMİP Mərkəzi Şurası təsdiq olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması üçün sabah Azərbaycan Respublikası MSK-na müraciət edəcək”.